Şahbaz Şərif Pezeşkianla hərbi əməliyyatları müzakirə etdi
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Pakistanın Baş naziri Şahbaz Şərif bu gün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin ofisi məlumat yayıb.
Tərəflər bölgədə davam edən hərbi əməliyyatlar və sülh səyləri ilə bağlı geniş müzakirələr aparıblar.
“Baş nazir Pakistanın İsrailin İrana qarşı davam edən hücumlarını, o cümlədən dünən mülki infrastruktura edilən son hücumları qətiyyətlə pislədiyini bir daha bildirib. O, Pakistanın bu çətin dövrdə İran xalqına həmrəyliyini və dəstəyini bir daha təsdiqləyib”, - məlumatda qeyd edilib.
Şahbaz Şərif İran Prezidentinə ABŞ, Körfəz və İslam ölkələri ilə əməkdaşlıq etmək, sülh danışıqları üçün əlverişli mühit yaratmaq məqsədilə hazırda Pakistanın həyata keçirdiyi diplomatik yardım səyləri barədə məlumat verib.
“O, İran Prezidentinə Pakistanın sülh təşəbbüsünün qəti şəkildə dəstəklənməsi barədə məlumat verib və düşmənçiliyə son qoymaq üçün birgə yol tapılacağına ümid etdiyini bildirib”, - vurğulanıb.
Baxış sayı:167
Bu xəbər 28 Mart 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















