Şahbaz Şərif Pezeşkianla danışıqlar prosesini müzakirə etdi
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bu axşam Prezident Məsud Pezeşkian ilə dəyişən regional vəziyyətlə bağlı isti və konstruktiv söhbət etdim”.
"Unikal" xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif öz “X” hesabında yazıb.
“İranın iştirakını, o cümlədən tarixi danışıqlar üçün İslamabada yüksək səviyyəli nümayəndə heyətinin göndərilməsini və Tehranda feldmarşal Asim Munirlə apardığı son müzakirələri yüksək qiymətləndirdim. Həmçinin Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə liderləri ilə son görüşlərimdən əldə etdiyim fikirləri bölüşdüm. Onu əmin etdim ki, dostlarının və tərəfdaşlarının dəstəyi ilə Pakistan davamlı sülhün və regional sabitliyin dürüst və səmimi vasitəçisi kimi öz roluna tam sadiqdir”, - hökumət başçısı əlavə edib.
Baxış sayı:148
Bu xəbər 19 Aprel 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















