Icma.az
close
up
RU
Şahdağ Qusar ın direktoru: I Liqada da yüksək yerlər uğrunda mübarizə aparacağıq

Şahdağ Qusar ın direktoru: I Liqada da yüksək yerlər uğrunda mübarizə aparacağıq

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə Azərbaycan I Liqasına vəsiqə qazanan "Şahdağ Qusar" komandası bu çempionatda da yüksək yerlər uğrunda mübarizə aparacaq.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında bölgə təmsilçisinin direktoru Elçin Cananov deyib.

O, II Liqada çempion olmaları ilə bağlı fikirlərini bölüşüb: "Biz ötən mövsümdə də I Liqaya vəsiqə qazanmağı qarşımıza məqsəd qoymuşduq. Həmin vaxt bunu bacarmadıq, üçüncü yeri tutduq. Bu dəfə isə mövsümə daha ciddi hazırlaşdıq. Sponsorlar tərəfindən qarşımıza hədəf kimi çempion olmaq yox, I Liqaya vəsiqə qazanmaq qoyulmuşdu. Komanda olaraq çempion olmaq da istəyirdik. Azarkeşlərimiz də bunu tələb edirdi. Çempionluğu haqq edirdik. Mövsümə yaxşı başladıq. Ağır və çətin matçlarımız oldu. Amma sonda titula sahib çıxdıq. Bütün fanatlarımızı sevindirə bildik".

Klub rəsmisi 2025/2026 mövsümdəki hədəflərdən də söz açıb: "Növbəti planlarımızı, sənədləri sponsorumuza təqdim etmişik. Onlardan cavab gözləyirik. Yəqin ki, yaxın günlərdə cavab gələcək, büdcə ayrılacaq. I Liqada hansısa hədəflərə nail olmaq üçün maliyyə lazımdır. Onların verəcəyi cavaba əsasən planlarımızı müəyyənləşdirəcəyik, 10-15 günlük fasilədən sonra yeni mövsümün hazırlıqlarına başlaya biləcəyik. İnanıram ki, I Liqada da ən yüksək yerlər uğrunda mübarizə aparacağıq. Fikrimcə, komanda ilk "3-lük"də yer ala bilər. Bu, mümkündür. I Liqadakı klubların iddialarını, məqsədlərini də bilmirik. Amma biz yüksək yerlər uğrunda oynayacağıq".

Qeyd edək ki, "Şahdağ Qusar" II Liqada 72 xalla çempion olub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 May 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri