Şahdağda dünya çempionatı keçiriləcək: Azərbaycan qış turizmi yeni mərhələyə keçir
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
"Cənab Prezidentin media nümayəndələrinə verdiyi müsahibə çoxşaxəli mövzuları əhatə edir və hər biri üzrə mühüm mesajlar verir. Xüsusilə turizmlə bağlı səsləndirilən fikirlər, beynəlxalq tədbirlər haqqında məlumatlar faktiki olaraq bu sahə üçün yol xəritəsi və strateji təlimat xarakteri daşıyır. Prezident bu ilin mart ayında Qusar rayonunda yerləşən Şahdağ Qış Turizm Kompleksində həm Avropa çempionatının, həm də Dünya Kubokunun keçiriləcəyini bildirdi ki, bu da Azərbaycanın qış turizmi sahəsində artıq dünya miqyasında tanındığını göstərir".
Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Cəfər Qarayev deyib.
O, bildirib ki, 2012-ci ildə açılan Şahdağ Qış Turizm Kompleksi 2013-cü ildən etibarən aktiv fəaliyyət göstərir və artıq 13 ildir ki, davamlı inkişaf mərhələsindədir:
"Bu illər ərzində yeni xizək yolları və kanat xətləri istifadəyə verilib, beynəlxalq standartlara uyğun infrastrukturlar qurulub, yeni mehmanxanalar inşa olunub. Hazırda da xizək traslarının genişləndirilməsi, yataq yerlərinin artırılması və yeni yaşayış məkanlarının tikintisi istiqamətində işlər davam etdirilir".
Ekspert bildirib ki, Şahdağ kompleksinin genişlənməsi Qusar rayonunda ümumilikdə turizmin inkişafına ciddi təkan verib:
"Kompleksə gələn turistlər təkcə burada yerləşən mehmanxanalardan deyil, eyni zamanda ətraf kənd və qəsəbələrdəki evlərdən və otellərdən də istifadə edirlər. Bununla paralel olaraq, Qəbələdə fəaliyyət göstərən Tufandağ Qış Turizm Kompleksi də inkişaf edir, yeni attraksionlar qurulur. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən xizək mərkəzi və gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda planlaşdırılan kanat yolları ölkənin qış turizmi potensialını daha da gücləndirəcək".
Onun sözlərinə görə, əvvəllər Azərbaycanda turizm əsasən yay mövsümü və dəniz istirahəti ilə assosiasiya olunurdusa, hazırda bu anlayış köklü şəkildə dəyişib:
"Artıq ölkədə həm yay, həm də qış turizmi formalaşıb və qış turizmi təxminən üç ay yarım davam edir. Şahdağ kompleksində əksər vaxtlarda mehmanxanalarda yer tapmaq çətinləşir ki, bu da həm daxili, həm də xarici turistlərin artan marağından xəbər verir. Mövcud tələbat yeni investisiyaları stimullaşdırır və hazırda bir neçə yeni mehmanxana tikinti mərhələsindədir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Baxış sayı:96
Bu xəbər 08 Yanvar 2026 14:58 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları