Icma.az
close
up
RU
Xizək alpinizmi üzrə Avropa çempionatı Şahdağda keçiriləcək

Xizək alpinizmi üzrə Avropa çempionatı Şahdağda keçiriləcək

Icma.az, Azvision saytına istinadən bildirir.

Bu sözləri "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov Dövlət Turizm Agentliyi və Mərkəzin birgə təşkilatçılığı ilə yay mövsümünün açılışı ilə əlaqədar media nümayəndələrinə məlumat verərkən dilə gətirib. Şahdağda baş tutan mediaturda o vurğulayıb ki, 2025-ci ilin ilk yarısında mərkəzimizə 170 min 785 nəfər turist gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35% artım deməkdir. Turistlərdən 90 min 890 nəfər isə Şahdağ ərazisindəki hotellərdə gecələyib.
Onun sözlərinə görə, hazırda Şahdağ ərazisindək 15 kanat yolu fəaliyyət göstərir. Keçən ilin dekabrından bəri yeni kanat yolları da açılıb:
"Eyni zamanda, ümumilikdə 35 km xizək yolu, 538 süni qarlandırma aparatı, 500 nəfərlik xizək stadionu, 1800 metr uzunluğa malik yeni yamac turistlərin xidmətindədir. Əyləncə obyektlərinin sayı 40-a, iaşə obyektlərinin sayı isə 30-a çatdırılıb".

Rüstəm Nəcəfov vurğulayıb ki, "Şahdağ" Turizm Mərkəzinin yalnız qış mövsümündə yox, ilboyu fəaliyyət göstərməsi qarşıda duran əsas hədəflərdən biridir. Bu məqsədlə qış mövsümü başa çatdıqda bəzi mümkün əyləncə obyektləri turistlərin istismarı üçün açıq saxlanılır:
"Bu kimi addımların nəticəsində aprel və may ayları kimi qeyri-mövsümi aylarda 600-800 nəfər yerli və əcnəbi turist mərkəzimizi ziyarət edir".
O diqqətə çatdırıb ki, yay mövsümünün açılışı ilə əlaqədar lazımi hazırlıq işləri aparılıb, hotellərin infrastrukturu təkmilləşdirilib, yenidənqurma və bərpa işləri aparılıb, yay mövsümündə istifadəsi nəzərdə tutulan kanat yollarının texniki baxışdan keçirilib:

"2025-ci il ərzində mühüm tədbir sayılan xizək alpinizmi üzrə Dünya Kuboku Şahdağda baş tutub. Bu müsabiqədə 26 ölkədən 130 idmançı iştirak edib. Yarışın yüksək səviyyədə keçməsi səbəbi ilə Avropa çempionatının və növbəti Dünya Kubokunun da Şahdağda keçirilməsi qərara alınıb".
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 İyun 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri