“Şahdağ”da “TourismLAB” Yay Düşərgəsinə start verildi FOTO
Icma.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.
“Şahdağ” Turizm Mərkəzində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) 20 illik yubileyinə həsr olunmuş “TourismLAB” Yay Düşərgəsi keçirilir.
Doğru.az xəbər verir ki, Dövlət Turizm Agentliyi, ATMU, “Şahdağ” Turizm Mərkəzi və Azərbaycan Turizm Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Birliyinin tərəfdaşlığı ilə təşkil olunan düşərgədə universitetin tələbələri iştirak edirlər.
Düşərgənin məqsədi turizm sahəsində təhsil alan gənclərin peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək, onların liderlik, komanda işi və praktik fəaliyyət istiqamətində bacarıqlarını gücləndirməkdir.
Proqram çərçivəsində iştirakçılar üçün turizm sənayesinin aktual mövzularına həsr olunan təlimlər, panel müzakirələri, master-klasslar, komanda quruculuğu fəaliyyətləri, intellektual və idman yarışları, şəhər turu, eləcə də sosial və mədəni tədbirlər təşkil edilir.
“TourismLAB” Yay Düşərgəsi iştirakçıların peşəkar inkişafına, kommunikasiya bacarıqlarının və komanda şəklində işləmək vərdişlərinin təkmilləşdirilməsinə töhfə verməyi hədəfləyir.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 15 İyul 2026 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















