Icma.az
close
up
RU
Sahib Alıyev II İnvestisiya Forumunun nəticələrindən YAZDI

Sahib Alıyev II İnvestisiya Forumunun nəticələrindən YAZDI

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sosial şəbəkələrdə alqoritmlərin diqtəsi ilə diqqət daha çox emosional xarakterli və "nəlbəkidəki fırtına" təsiri bağışlayan mövzulara yönəldiyindən ötən həftə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu haqda demək olar ki, çox az şərh gördüm. Halbuki ölkənin gələcəyi baxımından mühüm rol oynayacaq və hər birimizin həyatına təsir edəcək anlaşmaların imzalandığı çox mühüm bir tədbirdən söhbət gedir".

Redaktor.az xəbər verir ki, bunu deputat Sahib Aliyev feysbuk hesabında yazıb.

"Forumda 30 trilyon dollarlıq kapitalı idarə edən "BlackRock", "Global Infrastructure Partners" və sair kimi dünya nəhəngləri təmsil olunurdu. Onların Bakıya gəlməsi heç şübhəsiz Azərbaycanın qlobal arenada "etibarlı tərəfdaş və sabit investisiya mərkəzi" imicini daha da möhkəmlədir. Bu imici möhkəmlədən əlamətlərdən biri də bizimlə əməkdaşlıq edən xarici şirkətlərin çoxunun öz mənfəətlərini buradan çıxarmamaları, yenidən təkrar investisiya şəklində Azərbaycan iqtisadiyyatına yatırmalarıdır.

Bütövlükdə forumda 10,8 milyard ABŞ dolları həcmində 26 mühüm sənəd imzalandı ki, onların sırasında ən mühümü fikrimcə, böyük texnologiya şirkətlərinin iştirakı ilə Azərbaycanda regional məlumat mərkəzlərinin qurulması üçün əldə olunan razılaşmalar idi. Bu bizə sadəcə iqtisadi transformasiya və divident vəd etmir, həm də təhlükəsizlik məsələsidir.

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə dövlətimizin başçısının ölkədə yeni neft bumunun yaşana biləcəyi ilə bağlı açıqlaması da oldu. Onu təmin edəcək daha iki mühüm müqavilə də imzalanıb. Onlardan biri "Abşeron" yatağının işlənilməsinin ikinci mərhələsi üzrə "TotalEnergies" şirkəti ilə imzalanan müqavilədir. Ancaq ən önəmlisi Orta Kür hövzəsinin şist laylarının birgə kəşfiyyatı və istismarı haqda müqavilədir ki, burada ABŞ-nin "ExxonMobil" şirkəti 50% iştirak payı ilə operatorluq edəcək.

Beləliklə, biz Azərbaycanda böyük işçi qüvvəsinə ehtiyac duyulan və nəhəng potensialının olduğu güman edilən ilk qeyri-ənənəvi neft və qaz yataqlarının istismarı ərəfəsindəyik. Mütəxəssislər bununla ölkəmizin ən azı daha 30-40 il önəmli neft istehsalçısı olaraq qalacağını proqnozlaşdırırlar.

Amma öncə vurğuladığımız kimi, Azərbaycanın əsas məqsədi Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun nəinki payını daha da artırmaq, həmçinin ixracda da onun öndə olmasını təmin etməkdir. İyunda Bakı Enerji Həftəsi çərçivəsində imzalananları da nəzərə alsaq, bütövlükdə 16,7 milyard dollarlıq anlaşmaların çoxu məhz bunun üçündür.

Burada diqqət çəkən önəmli məqamlardan biri də Orta Dəhlizin ilk növbədə ölkəmizdən keçən hissəsinin təkcə tranzit marşrutu deyil, həm də birgə emal və maliyyə mərkəzinə çevrilməsi, dəyər zəncirinin yaradılması yönündə atılan ardıcıl addımlardır".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Sentyabr 2026 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri