Icma.az
close
up
RU
Maliyyə İnvestisiya Forumunun spikerləri bəlli oldu!

Maliyyə İnvestisiya Forumunun spikerləri bəlli oldu!

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Ölkənin ən böyük maliyyə tədbirlərindən biri olan Maliyyə İnvestisiya Forumu bu il "İnvestor olmaq asandır” konsept mesajı ilə 23 may tarixində keçiriləcəkdir. Forum “Facemark” və “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası (AFBİA)” şirkətlərinin birgə təşkilatçılığı və “CFI Financial İnvestisiya Şirkəti”nin baş sponsorluğu ilə Gülüstan Sarayında təşkil ediləcək.

Maliyyə İnvestisiya Forumunun rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirdə "İnvestisiyanın Gücü və Yeni Trendlər", "Uğurlu İnvestisiya Qərarları" panelləri və Məruzəçilərin çıxışlarından ibarət olmaqla müxtəlif mövzular müzakirə ediləcək.

Tədbir “Admedia” şirkətinin və ,“Milli Depozit Mərkəzi”nin təşkilati dəstəyi “İnvest-AZ”, “PAŞA Kapital”, “Assist Finance” kimi nüfuzlu qurumların sponsorluğu və “Bakı Fond Birjası”nın dəstəyilə həyata keçirilir.

“İnvestisiyanın Gücü və Yeni Trendlər” panelində investisiya sahəsində qlobal və lokal tendensiyalar, gələcək proqnozlar və yeni yanaşmalar bu paneldə geniş şəkildə müzakirə olunacaq. Panelin moderatoru CFI Financial İnvestisiya Şirkətinin direktoru Pərvanə Qasımova olacaq.

Panelin spikerləri:

George Khoury – CFI Financial İnvestisiya Şirkətinin Tədqiqat və Təhsil üzrə rəhbəriCeyhun Hacıyev – PAŞA Kapital İnvestisiya Şirkətinin direktoruMüşfiq Əhmədli – Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İdarə Heyəti sədrinin müşaviriDilan Pamir – Türkiyə İnkişaf və İnvestisiya Bankının direktoru, Kapital Bazarları MəsləhətçisiElşad İbrahimov - "Assist Finance İnvestisiya Şirkəti" ASC-nin Müşahidə Şurası sədrinin müşaviri

Panel, iştirakçılara investisiya mühitində baş verən yeniliklər barədə dəyərli fikirlər, təhlillər və praktik baxış bucaqları təqdim edəcək.

“Uğurlu İnvestisiya Qərarları” paneli zamanı müxtəlif maliyyə qurumlarının rəhbərləri və ekspertləri real təcrübələr, praktiki nümunələr və effektiv yanaşmalar üzərində dayanacaqlar. Panelin moderatoru “Unicapital İnvestisiya Şirkəti” ASC-nin direktoru Tələt Kalayev olacaq.

Panelin spikerləri:

Umeyra İbrahimova – Mərkəzi Bankın Kapital Bazarı Siyasəti və Tənzimlənməsi Departamentinin direktoruNadir Babazadə – ABB Invest İnvestisiya Şirkətinin İcraçı direktoruFəqan Nağıyev – Crossinvest SA (İsveçrə) şirkətlər qrupunun Rəhbər Heyətinin üzvüAydın Hüseynov – “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədriCeyhun İbrahimov – “İnvestAZ İnvestisiya Şirkəti” QSC-nin İdarə Heyətinin üzvü

Bu paneldə uğurlu investisiya qərarlarının necə formalaşdığı, risklərin necə dəyərləndirildiyi və strateji yanaşmalar ətrafında dəyərli müzakirələr aparılacaq.

Forum çərçivəsində yalnız panellər deyil, həm də sahənin önəmli nümayəndələrinin fərdi çıxışları və təqdimatları da olacaq. Bu çıxışlar mövzuya dərin baxış, analitik yanaşma və ilhamverici fikirlərlə zəngin olacaq.

Məruzəçilər:

İlya Akipov – McKinsey & Company şirkətinin partnyoruNiyazi Abbasov - "Pasha Real Estate Group"un Otel Aktivlərinin İdarəedilməsi üzrə direktoruDr. Menevşe Özdemir Dilidüzgün - Halk Invest / İstanbul Korporativ Maliyyə və Məsləhət xidmətləri üzrə rəhbəriYermek Mazhekenov – Qazaxıstan Fond Birjası (KASE) nümayəndəsiOqtay Qasımov – Bakı Fond Birjasının İdarə Heyəti sədrinin müavini, Baş Kommersiya inzibatçısıSeçil Yıldız – Türkiyə İnkişaf və İnvestisiya Bankının Baş direktorun müavini, Davamlılıq və Təsir LideriRauf Cabbarov – Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İcraçı direktoru

Bu çıxışlar iştirakçılara beynəlxalq təcrübə, yeni yanaşmalar və investisiya baxış bucağını genişləndirəcək dəyərli fikirlər təqdim edəcək.

Sahə üzrə ən son yeniliklərdən xəbərdar olmaq və sektorda lider mövqeyə yüksəlmək istəyənlər üçün Maliyyə İnvestisiya Forumu əvəzolunmaz bir platforma rolunu oynayacaqdır.

Tədbirə bilet əldə etmək və ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/fifbaku.azInstagram: https://www.instagram.com/financialinvestmentforum/Linkedln: https://www.linkedin.com/company/fifbaku-az/?viewAsMember=true
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 May 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri