Sahib Ələkbərov: “Çalışırıq ki, bu idman növündə daha da irəli gedək”
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Bakı–Xankəndi” velosiped yarışı cəlbedicilik baxımından çox yaxşıdır”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov deyib.
O, bildirib ki, əsas məqsəd velosiped idman növünü inkişaf etdirməkdir.
“Bu gün “Sea Breeze”dən İsmayıllıya qədər olan mərhələ uğurla başa çatdı. Yarışa maraq da yüksək səviyyədədir. Velosiped idman növünün ölkəmizdə daha çox inkişaf etməsini istəyirik. Çalışırıq ki, bu idman növündə daha da irəli gedək”, - Ələkbərov deyib.
Xatırladaq ki, “Astana” komandasının qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov ikinci mərhələnin qalibi olub. Ötən gün ilk raundda finişə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 11 May 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















