Sahib Ələkbərov: “Üçüncü mərhələni də uğurla başa vurduq”
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Üçüncü mərhələni də uğurla başa vurduq. Özümü dünyanın ən gözəl ölkəsində hiss edirəm”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov deyib.
O bildirib ki, iştirakçılar Azərbaycanın yollarını yüksək qiymətləndiriblər:
“Azərbaycandakı avtomobil yolları möhtəşəmdir. Qəbələdən Mingəçevirədək hər şey çox yüksək səviyyədə idi. Bu, tək mənim yox, əcnəbi qonaqların da fikridir”.
Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edir. Beş mərhələdən ibarət turnirin mükafat fondu 50 min avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq. Turnirin final mərhələsi Xankəndi şəhərində təşkil olunacaq.
Araz Xəlilli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 12 May 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















