Icma.az
close
up
RU
Sahibə oğlunun işə düzəlməsi üçün 3000 manat pul lazım olduğunu... TƏFƏRRÜAT

Sahibə oğlunun işə düzəlməsi üçün 3000 manat pul lazım olduğunu... TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Göyçay rayonunda 1974-cü il təvəllüdlü Kamran Təhməzov həmkəndlisi Sahibə qarşı dələduzluq edib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Kamran əvəzsiz və qanunsuz olaraq özgə əmlakım ələ keçirmək niyyəti ilə Sahibin övladı Rəhimi Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon şöbəsində işlə təmin edəcəyini yalan vəd verib. O, adlatma və etibarından sui- istifadə etmək yolu ilə Sahibi inandırmaqla görməyi vəd etdiyi işin müqabilində ondan vahid niyyətlə ilkin olaraq 2022-ci ilin sentyabr ayında istintaqa dəqiq məlum olmayan gündə və saatda sonuncunun yaşadığı Göyçay rayonu Potu kəndində yerləşən evdə 3000  manat, həmin niyyətlə 2023-cü ilin fevral ayında istintaqa dəqiq məlum olmayan gün və saatda sonuncunun yaşadığı Göyçay rayonu Potu kəndində yerləşən evdə 10000 manat alıb. O, ümumilikdə Sahibə 13000 manat alaraq dələduzluq edib. 
Hadisəni törədən Kamranın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kamran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Göyçay rayon Potu kəndində yaşayır, zərərçəkmiş Sahib onun qonşusudur: “Qardaşım oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzəlməsi üçün qəbula yazdırdım. Qardaşım oğlu da qəbuldan keçərək işlə təmin olundu. Bunu bilən qonşum Sahib məndən oğlu Rəhimi də Fövqəladə Hallar Nazirliyində işə düzəlməsində onlara kömək etməyimi xahiş etdi. Rəhimi Fövqəladə Hallar Nazirliyində işə düzəlməsi üçün qəbula yazdırdım. Həmin müddət ərzində oğlum Cəbrayılın müalicəsi üçün pul lazım olduğundan oğlumun müalicəsi üçün nə qədər pul lazım olarsa, qonşum Sahibə guya oğlu Rəhimin işə düzəlməsi üçün pul lazım olduğunu söylədim. Sahibdən pul alaraq oğlum Cəbrayılın müalicəsinə xərcləməyi qərara aldım”. 
Kamran qeyd edib ki, 2022-ci ilin sentyabr ayında Sahibə oğlunun işə düzəlməsi üçün 3000 manat pul lazım olduğunu və həmin pulu ona verəcəyi təqdirə oğlunun işə düzəlməsi üçün xərcləyəcəyini söyləyib: “Sahib də mənimlə razılaşdı və yaşadığım Göyçay rayonu Potu kəndində yerləşən evimdə ailə üzvlərimin yanında mənə  3000 manat verdi. Həmin pulu oğlumun müalicəsi üçün xərcələdim. Bundan sonra yenidən 2023-cü ilin fevral ayında Sahibin oğlunun işinin düzələcəyini söylədim və işin alınması üçün 10000 manat pul lazım olduğunu bildirdim. Sahib də mənimlə razılaşdı. 2023-cü ilin fevral ayında Sahib yenə də öz yaşadığı evdə öz ailə üzvlərinin yanında mənə 10000 manat verdi. Daha sonra həmin pulun da bir hissəsini oğlumun müalicəsi üçün, qalan hissəsini isə özüm üçün xərclədim. Bundan sonra bir neçə dəfə Sahib məndən oğlunun işinin düzəlib-düzəlməyəcəyini soruşdu. Mən də hər dəfə Sahibə qardaşım oğlunun da işinin 11 ay ərzində düzəldiyini, onun oğlunun da işinin düzələcəyini söylədim”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Sahibin sözlərinə görə, Kamran onun oğlu Rəhimin ali təhsilli olmasını və işsiz olduğunu öyrənib: “Bundan sonra Kamran mənə oğlumu Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon şöbəsində işlə təmin edilməsində kömək etməsini təklif etdi. Kamrana ailə üzvlərim ilə danışaraq məlumat verəcəyimi bildirdim. Bundan sonra oğlum Rəhim ilə danışdım. Rəhim də əgər mümkündürsə razılaşdığını bildirdi. Bundan sonra Kamrandan oğlum Rəhimin Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon şöbəsində işlə təmin olunmasında köməklik etməsini xahiş etdim. Kamran da mənimlə razılaşdı və bu işdə mənə kömək edəcəyini bildirdi”. 
Zərərçəkmiş qeyd edib ki, bu söhbətlərindən 1 ay sonra Kamran ona oğlu Rəhimin işinin düzəlməsi üçün 3000 manat pul lazım olduğunu, həmin pul ilə oğlunu komissiyadan keçirəcəyini bildirib: “Kamranın mənə tapşırdığı 3000 manat pulu topladım və 2022-ci ilin sentyabr ayının ortalarında Kamran yaşadığım evə gəldi. Həyat yoldaşımın yanında 3000 manat pulu Kamrana verdim. Kamran da həmin pulu məndən aldı və oğlumun işində köməklik edəcəyini, 6 ay sonra oğlumun çağrılacağını, 10000 manatın da veriləcəyini bildirdi. Bundan sonra 2023-cü ilin fevral ayında Kamran oğlumun işinin düzəlməsi üçün 10000 manat pulun təcili olaraq lazım olduğunu bildirdi. Buna görə də bankdan kredit götürdüm və həmin pulu 2023-cü ilin fevral ayının 15-də yaşadığım evdə həyat yoldaşımın yanında Kamrana verdim. Kamran bizə bu dəfə işin düzələcəyini, bu gün çatmayacağını və ertəsi gün Bakı şəhərinə gedəcəyini bildirdi. Bundan sonra bir qədər gözlədik. Lakin heç bir nəticə olmadı. Kamrandan nəyə görə işin bu qədər uzun çəkdiyini soruşdum. Bu zaman Kamran mənə müxtəlif bəhanələr gətirdi. Həmçinin mənə Türkiyə Respublikasında baş vermiş zəlzələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının həmin hadisəyə cəlb edildiyini, Fövqəladə Hallar Nazirliyində baş vermiş xoşagəlməz hadisələrin olduğunu söylədi, bizi aldatdı. Daha sonra Kamrana verdiyim pulları geri istədim. Kamran yenə də müxtəlif bəhanələr gətirərək işin düzələcəyini söylədi”. 
Sahibin ifadəsinə görə, həmçinin 2023-cü ilin noyabr ayında Kamran onun oğlu Rəhimi Bakı şəhərinə komissiyaya aparıb: “Onlar Fövqəladə Hallar Nazirliyinin inzibati binasında gözləyiblər. Kamran oğlum Rəhimdən aralanaraq telefonla danışıb. Daha sonra oğlumun yanına qayıdaraq iş gördüyü şəxsin İtaliyaya getdiyini və bir neçə gündən sonra qayıdacağını söyləyib. Bundan sonra Kamranın bizi  aldatdığını başa düşdük. Hazırda Kamran mənə dəymiş 13000 manat ziyandan 3000 manatını ödəyib. Qalan 10000 manatı ödəməyib”. 
Bu cinayət işinə Göyçay Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kamran 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. 
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmasını istəyib. 
Şikayət araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, onun şikayəti təmin olunmayıb. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Dekabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri