Icma.az
close
up
RU
Xalidənin telefon danışığı uzandığı üçün... TƏFƏRRÜAT

Xalidənin telefon danışığı uzandığı üçün... TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Gəncə şəhərində 1998-ci il təvəllüdlü İslam şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə olduğu Xalidəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 19 fevral 2023-cü ildə baş verib. İslam həmin gün axşam saatlarında qeyri rəsmi ər-arvad münasibətində olduğu Xalidə ilə ailə daxili münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruq zərbələri ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən İslamın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İslam ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2022-ci ilin oktyabr ayında Xalidə ilə “Tiktok" sosial şəbəkəsində tanış olub və aralarında sevgi münasibətləri yaranıb: “Əvvəllər aramızda mübahisələr olmayıb. Xalidə ilə yaxşı yola getdik. Fevralın 19-da, axşam saatlarında yaşadığım evdə mən, atam Cəmil, dostum Vüsal və Xalidə olub. Mən dostum Vüsal ilə domino oynadım. Həmin vaxt Xalidəyə zəng gəldi və Xalidənin telefon danışığından anası İstək ilə danışdığını başa düşdüm. Xalidənin telefon danışığı uzandığı üçün yaxınlaşaraq nəyi müzakirə etdiyini soruşdum. Xalidə mən kobud cavab verdi və bu zaman aramızda mübahisə yarandı. Mən əsəbləşərək Xalidənin üz nahiyəsinə bir neçə yumruq zərbəsi endirdim. Həmin vaxt Vüsal və atam Cəmil isə otağa girərək bizi ayırdılar. Sonra mən əsəblərim sakitləşdikdən sonra Xalidə ilə barışmaq üçün həmin vaxt evimizin yaxınlığında yerləşən dükana getdim, şirniyyatlar alaraq ona verdim. Beləcə aramızda yaranmış narazılıq sovuşdu”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti gün, gündüz saatlarında Xalidənin anası İstək yaşadıqları mənzilə gəlib və Xalidənin döydüyünə görə ona iradını bildirib: “İstək sonra Xalidəyə məxsus əşyaları yığdı və Xalidə ilə birlikdə Bakı şəhərinə getdi. Gedəndən sonra məndən polisə şikayət etdilər. Bunda sonra mən bir daha Xalidəni görməmişəm. Aramızda telefon danışığı olmayıb”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Xalidənin sözlərinə görə, heç bir yerdə işləmir və evdar qadındır: “İslam ilə təxminən hadisədən 5 ay əvvəl tanış olmuşam. Onunla qeyri rəsmi ər-arvad münasibətində olmuşam. Hadisə günü, axşam saatlarında yaşadığımız evdə olan zaman İslam mənə ev işlərini görməyimi bildirdi, mənimlə mübahisə etdi. Məni nalayiq ifadələr ilə söyüb təhqir etdi. Sonra isə üzərimə gələrək əl və ayaq zərbələri ilə bədənimin müxtəlif nahiyyələrinə vuraraq məni döydü. Həmin zaman evdə bizdən başqa İslamın atası Cəlil və dostu Vüsal adlı şəxs olub”.
İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin atası Cəlilin ifadəsinə görə, 2022-ci ilin oktyabr ayında oğlu İslam ona Xalidə adlı şəxslə sosial şəbəkədə tanış olduğunu, aralarında sevgi münasibətləri yarandığı və birlikdə yaşayacaqlarını bildirib: “Mən isə narazı olmadığımı söylədim. Xalidə ilə aramızda mübahisələr olmayıb, birlikdə mübahisəsiz yaşamışıq. Hadisə günü, axşam saatlarında yaşadığım evdə mən, oğlum İslam, İslamın dostu Vüsal və Xalidə olmuşuq. Həmin vaxt mən yaşadığımız mənzilin yataq otağında olan zaman qəflətən səs-küy eşitdim. Yaşadığımız evin eyvanına yaxınlaşdıqda, orada İslamın Xalidəni döydüyünü, yəni İslamın Xalidənin üz nahiyəsinə bir neçə yumuruq zərbəsi endirdiyini gördüm. Bu zaman mən və Vüsal onları ayırdıq. İslamı sakitləşdirdik. Sonra İslam mənzildən çıxaraq yaşadığımız binanın yaxınlığında yerləşən dükana alış-veriş etmək üçün getdi. Təkrar evə qayıdaraq gəldi. Səhəri gün Xalidənin anası İstək yaşadığımız mənzilə gəldi və Xalidənin Bakı şəhərində yerləşən yaşadığı mənzilə aparacağını bildirdi. Sonra Xalidəyə məxsus əşyaları yığaraq yaşadığımız mənzili birlikdə tərk edərək getdilər”.
Bu cinayət işinə Gəncə Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İslam aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Dekabr 2024 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri