Icma.az
close
up
RU
Sahibə Qafarova albaniyalı həmkarı ilə görüşdü FOTO

Sahibə Qafarova albaniyalı həmkarı ilə görüşdü FOTO

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin sədri Sahibə Qafarova Albaniya parlamentinin sədri Elisa Spiropali ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Demokrat.az-a bildiriblər ki, görüşdə Sahibə Qafarova COP29 tədbirində maraqlı çıxışına görə həmkarına təşəkkürünü bildirib. Qeyd olunub ki, Albaniyanın Baş naziri Edi Rama da COP29-un Liderlər Sammitində iştirak edib. Bu faktlar ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisidir.
Elisa Spiropali həm COP29, həm də Parlament Görüşünün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. Deyib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyası kifayət qədər vacib və böyük tədbirdir. O, Azərbaycanın bu qlobal tədbirə uğurla ev sahibliyi etdiyini bildirib. Qonağın fikrincə, Parlament Görüşünün keçirilməsi Milli Məclisin iqlim dəyişiklikləri ilə bağlı olan məsələlərin həllinə dəstəyinin ifadəsidir.
Söhbət zamanı qeyd edilib ki, iqlim dəyişikliyi zəmanəmizin ən aktual problemidir və bütün ölkələr bu problemdən əziyyət çəkir. Tərəflər inkişaf etmiş dövlətlərin kiçik ada dövlətlərinə dəstəyinin artırılmasının əhəmiyyətini vurğulayıblar.
Albaniya Parlamentinin sədri ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edib. Qeyd olunub ki, ölkələrimiz mühüm layihələr həyata keçirir.
Söhbət zamanı parlamentlərimiz arasında da əməkdaşlığın daha da gücləndirilməsi haqqında müzakirələr aparılıb. Parlamentlərimizin bir sıra beynəlxalq parlament təşkilatlarında birgə fəaliyyətindən və qarşılıqlı dəstəyindən məmnunluq bildirilib. Qarşılıqlı səfər və təmasların, parlament komitələri və dostluq qrupları arasında əlaqələrin genişləndirilməsinin qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verəcəyi qeyd edilib.
Qonaq regionda mövcud vəziyyət barədə də məlumatlandırılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Noyabr 2024 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri