Icma.az
close
up
RU
Sahibə Qafarova deputatlara ermənistanlı həmkarı ilə görüşü barədə məlumat VERDİ

Sahibə Qafarova deputatlara ermənistanlı həmkarı ilə görüşü barədə məlumat VERDİ

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti oktyabrın 19-dan 21-dək İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında iştirak etmək idi".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 24 oktyabr 2025-ci il tarixli iclasında çıxışı zamanı bildirdi.

Onun sözlərinə görə, oktyabrın 20-də Assambleyada “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda müzakirələr aparıldı:

"Çıxışımda tədbir iştirakçılarının diqqətinə çatdırdım ki, Azərbaycan xalqı humanitar böhranın nə demək olduğunu öz təcrübəsində yaşamışdır.

Ermənistanın silahlı təcavüzünün faciəli nəticələri barədə məlumat verdim. Qeyd etdim ki, dövlətimiz ərazi bütövlüyünü bərpa etdikdən sonra geniş miqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirir. Məcburi köçkünlərin doğma  yurdlarına qayıdışı prosesi başlanmışdır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin güclü siyasi iradəsinin və humanitar fəaliyyətə sadiq olmasının sübutudur.

Bildirdim ki, vaxtı ilə humanitar yardım alan Azərbaycan bu gün donor ölkə kimi çıxış edir, BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir. COVID-19 pandemiyası zamanı Azərbaycan 80-dən çox ölkəyə yardım göstərmişdir. Son beş ildə 140-dan çox ölkəyə 350 milyon ABŞ dollarından çox humanitar, maliyyə və texniki yardım çatdırılmışdır".

Spiker qeyd etdi ki, Assambleya çərçivəsində keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri də iştirak və çıxış ediblər.

"Onu da deyim ki, Assambleya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı ilə Milli Məclis arasında təşkilatın 20-ci sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair Anlaşma Memorandumu imzalandı.

Bildiyiniz kimi, hazırda Milli Məclisin sədrlik etdiyi üç parlament təşkilatından biri də Asiya Parlament Assambleyasıdır. Digər iki təşkilat isə, xatırladım ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır.

Cenevrədə mənim sədrliyimlə Asiya Parlament Assambleyasının Koordinasiya görüşü keçirildi.

Milli Məclisin təşkilata sədrlik etməyə başladığı 2024-cü ildən bəri görülən işlər haqqında məlumat verdim. Qeyd etdim ki, Assambleya çərçivəsində əməkdaşlıq və dialoqun genişləndirilməsi istiqamətində Azərbaycan bir sıra prioritetlər irəli sürmüşdür. Təşkilatın sıraları genişləndirilmiş, Assambleyada müşahidəçi statusu olan beynəlxalq təşkilatların sayı artırılmışdır. Bundan əlavə, təşkilatın büdcəsinin formalaşdırılması ilə bağlı konsensus əldə olunmuş, onun bürosunun fəaliyyəti daha da canlandırılmışdır", - deyə Sahibə Qafarova bildirdi.

Sədr Cenevrəyə səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərin də keçirildiyini qeyd etdi:

"Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, eləcə də Bosniya və Herseqovina  və Namibiya parlamentlərinin sədrləri ilə  danışıqlarda parlamentlərarası əməkdaşlığın inkişafı yolları nəzərdən keçirildi.

Bununla əlaqədar möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti yüksək qiymətləndirildi, təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətində görülən işlərdən danışıldı.

Oktyabrın 21-də mənim Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüm keçirildi. Bu, Parlamentlərarası İttifaq çərçivəsində üçüncü görüş idi. Görüşdə Vaşinqton sammitində əldə olunmuş razılaşmaların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin böyük əhəmiyyəti  vurğulandı. Konstruktiv dialoqun davam etdirilməsinin vacibliyi qeyd edildi.

Bu barədə Milli Məclisin mətbuat üçün məlumatı yayılmışdır.

Cenevrədə Parlamentlərarası İttifaqın üzvü olan ölkələrin parlamentlərinin Baş Katibləri Assosiasiyasının növbəti sessiyası da keçirildi. Sessiyada rəqəmsal texnologiyaların parlamentlərdə tətbiqi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Görüşdə Milli Məclis Aparatının rəhbəri iştirak və çıxış etmişdir.

Hesab edirəm, Cenevrəyə işgüzar səfər uğurlu oldu və bununla əlaqədar mən nümayəndə heyətinin üzvlərinə minnətdarlığımı bildirirəm".

Sahibə Qafarova sonda qeyd etdi ki, sabah Qubadlı şəhəri günü qeyd olunacaq.

"Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda döyüşlər 44 günlük Vətən müharibəsinin şanlı səhifələrindən biridir. Bu gün quruculuq dövrünü yaşayan Qubadlı Qarabağın və Şərqi Zəngəzurun yeni həyatını təcəssüm etdirir.", - deyə spiker çıxışını yekunlaşdırdı.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri