Icma.az
close
up
RU
Sahibə Qafarova deputatlara İstanbula səfəri barədə məlumat VERDİ

Sahibə Qafarova deputatlara İstanbula səfəri barədə məlumat VERDİ

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Bildiyiniz kimi, Milli Məclisin sədrinin başçılığı ilə nümayəndə heyəti aprelin 14-dən 17-dək Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək idi".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 21 aprel 2026-cı il tarixli plenar iclasında çıxışında bildirdi.

O, qeyd etdi ki, Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında 126 ölkədən 1500 nəfərdən çox nümayəndə, o cümlədən 720 nəfər parlament üzvü iştirak edirdi:

"Onlardan 80 nəfəri parlament sədri, 52 nəfəri isə sədr müavini idi.

Assambleyanın iclası “Gənc nəsil üçün ümidlərin artırılması, sülhün qorunması və ədalətin təmin edilməsi” mövzusuna həsr olunmuşdu. Tədbirdə parlamentlərin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsinə yönələn təşəbbüslər və əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirildi.

Mən Assambleyanın iclasında çıxış edərək bəşəriyyəti narahat edən bir sıra qlobal problemlərə diqqəti çəkdim. Bildirdim ki, bu problemlərin həllində parlament üzvləri birgə və məsuliyyətlə hərəkət etməlidirlər. Onlar sülhü təşviq etməli, ədaləti qorumalı və gələcək nəsillərin maraqlarının qərarlarda əks olunmasını təmin etməlidirlər. 

Çıxışımda mən həmçinin ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barəsində iclas iştirakçılarına geniş məlumat da verdim.

Onu da deyim ki, aprelin 17-də Assambleya çərçivəsində ümumi müzakirələrə Azərbaycan parlamentinin rəhbəri kimi  mən sədrlik etdim.

Assambleya çərçivəsində keçirilən 41-ci Qadın Parlamentarilər Forumunda mən çıxış edərək qadın parlament sədrlərinin 2025-ci ildə keçirilmiş 15-ci Zirvə Toplantısının hesabatını təqdim etdim. Çıxışımda qeyd etdim ki, parlament üzvləri mövcud problemlərin həllində fəal iştirak etməlidirlər, çünki bu gün dünyada sülhün təmin olunması üçün dialoqun və inklüzivliyin gücünə ehtiyac duyulur".

Spiker bildirdi ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası İttifaqın iclasında iştirak edən parlament sədrləri ilə görüş keçirdi:

"Görüşdə qeyd edildi ki, parlamentlər arasında əməkdaşlığın dərinləşdirilməsi qlobal çağırışların həllində önəmli rol oynayır.

Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının üzvü olan ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirildi.

Mən, çıxışımda, qeyd etdim ki, qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla və dinamik inkişaf edir. Azərbaycan türk dünyasının inteqrasiyası və yüksəlməsi naminə ardıcıl fəaliyyət göstərir. Və Milli Məclis bundan sonra da TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək.

Səfər çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin beşinci, əslində yubiley Konfransı keçirildi. Qeyd edim ki, tədbirdə 34 ölkədən 43 nümayəndə heyəti, 9 beynəlxalq təşkilatın təmsilçiləri, ümumən 205 nəfər nümayəndə iştirak etdi.  

Mən Konfransa sədrlik etdim və tədbirin açılışında çıxış etdim. Çıxışımda bir sıra məsələlərə toxundum. Parlament Şəbəkəsinin qısa müddət ərzində keçdiyi böyük inkişaf yoluna nəzər saldım, Azərbaycanın sədrliyi ilə görülən işlərdən danışdım.

Konfransın əsas mövzusuna uyğun olaraq ölkəmizin ev sahibliyi ilə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyası haqqında məlumat verdim. Həmçinin beynəlxalq aləmdə mövcud olan vəziyyət, bu gün bəşəriyyətin qarşısında dayanan çağırışlar və digər məsələlərə toxundum.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin beşinci Konfransında mühüm bir qərar qəbul olundu. Bu, Şəbəkənin mənzil-qərargahının yaradılması və onun Bakı şəhərində yerləşdirilməsi barədə qərar idi. Hesab edirəm ki, bu, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin xarici siyasət konsepsiyasına uyğun olaraq parlament diplomatiyamızın çox böyük bir uğurudur.

Eyni zamanda, həmin qərar Parlament Şəbəkəsinin institusional inkişafı yolunda mühüm addımdır.   

S.Qafarova qeyd etdi ki, İstanbula işgüzar səfər çərçivəsində 10 rəsmi və 3 qeyri-rəsmi görüş keçirib:

"Parlamentlərarası İttifaqın Prezidenti və Baş katibi, həmçinin Belçika, Gürcüstan, Rusiya, Özbəkistan, Ermənistan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Əlcəzair, Mərakeş, Dominikan parlamentlərinin sədrləri ilə görüşlərdə parlament əməkdaşlığının gücləndirilməsi yolları nəzərdən keçirildi, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edildi.

Azərbaycan Respublikasının Milli Məclisi ilə Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu da imzalandı.

Hesab edirəm ki, İstanbul şəhərinə işgüzar səfər uğurlu oldu. Mən nümayəndə heyətinin hər bir üzvünə öz minnətdarlığımı bildirirəm".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Aprel 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri