Icma.az
close
up
RU
Sahibə Qafarova Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Sahibə Qafarova Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 6-da "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuad Oktayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova sabah keçiriləcək konfransın əhəmiyyətinə toxunaraq, deyib ki, tədbir ölkələrimizin siyasi həyatında parlamentlərimizin rolu, qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsi məsələlərinə həsr olunub. Eyni zamanda, bu tədbir Azərbaycan və Türkiyə parlamentlərinin işbirliyi, birgə fəaliyyəti məsələlərinə də diqqət yetirməyə imkan verəcək.
Spiker Sahibə Qafarova dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin bütün sahələrdə uğurlu əməkdaşlığından məmnunluğunu bildirib. O, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarının ölkələrimiz və xalqlarımız arasında qardaşlığın ifadəsi olduğunu söyləyib.
Görüşdə vurğulanıb ki, ölkələrimiz bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirirlər. Əlaqələrimizin dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə - müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd edilib. Vurğulanıb ki, Şuşa Bəyannaməsinin imzalanması münasibətlərin daha da genişləndirilməsinə təkan verib. Xüsusilə vurğulanıb ki, iki qardaş ölkə olaraq, Azərbaycan və Türkiyə güclü regional əməkdaşlıq mühiti də yaradır. Azərbaycan-Türkiyə birliyi regional sabitlik, təhlükəsizlik üçün olduqca mühüm amildir. Bu çərçivədə ölkələrimizin təşəbbüsü ilə yaradılan üçtərəfli əməkdaşlıq platformalarının əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirə dəvətə və göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirən Fuad Oktay növbədənkənar parlament seçkilərinin uğurla təşkili və yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib. O, Azərbaycanın bütün suveren ərazilərində keçirilən bu seçkilərin demokratiya və şəffaflıq şəraitində baş tutduğunu xatırladıb və Türkiyədən böyük bir heyətin seçkiləri müşahidə etdiyini diqqətə çatdırıb.
Fuad Oktay Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin qardaş ölkə olaraq Türkiyəni sevindirdiyini, bu gün işğaldan azad olunmuş ərazilərdə Azərbaycan bayrağının dalğalanmasının qürurverici olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də uğurla davam etdirildiyi bildirilib. Parlament sədrləri, o cümlədən dostluq qrupları arasında sıx təmasların bu münasibətlərə mühüm töhfələr verdiyi vurğulanıb. Bildirilib ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında ötən il imzalanmış Əməkdaşlıq haqqında Saziş münasibətlərin daha da genişlənməsinə xidmət edir.
Söhbət zamanı parlamentlərimizin ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əməkdaşlıq formatının da mövcud olduğu qeyd edilib. Xatırladılıb ki, bunlardan biri də Azərbaycan-Türkiyə-Gürcüstan formatıdır və bu günlərdə Ankarada hər üç parlamentin xarici əlaqələr komitələrinin növbəti görüşü keçirilib. Belə əməkdaşlığın regionda sülhə, sabitliyə və dialoqa töhfə verdiyi bildirilib.
Tərəflər beynəlxalq parlament platformalarında qarşılıqlı dəstək və birgə fəaliyyətin də vacibliyini xüsusilə qeyd ediblər. Bəzi dairələr tərəfindən ölkələrimizə qarşı ikili standartlar, təzyiq, şantaj, böhtan kampaniyaları aparıldığı bir şəraitdə parlamentarilərimizin qarşılıqlı fəaliyyətinin daha böyük önəmə malik olduğu vurğulanıb.
Söhbət zamanı TBMM-in komitə sədri Fuad Oktay Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması barədə qəbul etdiyi qətnaməni tənqid edərək, deyib ki, AŞPA-nın bu qərəzli və haqsız qərarı təşkilatın özünün nüfuzuna və etibarlılığına xələl yetirir. O, qeyd edib ki, AŞPA bu səhvini düzəltməlidir və Türkiyə tərəfi də hər dəfə bu məsələ ilə bağlı xəbərdarlığını qarşı tərəfin diqqətinə çatdırır.
Görüşdə ötən ay Azərbaycanın ev sahibliyi ilə yüksək səviyyədə keçirilən COP29 barədə də fikirlər ifadə edilib. Qeyd edilib ki, bəzi dövlətlərin boykot çağırışlarına baxmayaraq, COP29-a yüksək beynəlxalq maraq olub və çoxlu sayda ölkə və hökumət başçılarının tədbirdə iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu və nüfuzunu göstərir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 Dekabr 2024 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see210

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see202

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see191

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see182

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see131

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri