Sahibə Qafarova Gürcüstan parlamentinin sədrinə başsağlığı verib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 18 mart, AZƏRTAC
Martın 18-də Milli Məclisin sədri Sahibə Qafarova Bütün Gürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı ilə əlaqədar Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu göndərib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məktubda deyilir ki, II İlya həzrətlərinin bəşəriyyət naminə fəaliyyəti, Qafqazda sülhün, həmrəyliyin və dinlərarası dialoqun təşviqinə verdiyi töhfələr, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsində göstərdiyi böyük xidmətlər hər zaman ehtiramla xatırlanacaq.
Milli Məclisin sədri məktubda gürcüstanlı həmkarına, parlamentin üzvlərinə, dost Gürcüstan xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 18 Mart 2026 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















