Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı verib
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Parlamentinin sədri Andriya Mandiçə başsağlığı məktubu ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, məktubda deyilir:
“Monteneqronun Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi. Bu faciə ilə əlaqədar Sİzə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza öz adımdan və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.
Qeyd edək ki, silahlı cinayətkarın açdığı atəş nəticəsində 12 nəfər, o cümlədən iki uşaq həlak olub. Kütləvi qətl yanvarın 1-i axşam yerli barların birində məişət zəminində mübahisə nəticəsində baş verib. Qətldə şübhəli bilinən şəxs keçmişdə qanunsuz silah saxlamağa görə saxlanılan 45 yaşlı Atso Martinoviçdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 02 Yanvar 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















