Icma.az
close
up
RU
Sahibə Qafarova Oman Sultanlığı Şura Məclisinin sədri ilə görüşüb

Sahibə Qafarova Oman Sultanlığı Şura Məclisinin sədri ilə görüşüb

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olan Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə plenar sessiyanın məhsuldar keçiriləcəyinə və vacib məsələlərin müzakirə ediləcəyinə inam ifadə olunaraq, APA-nın Asiya parlamentlərini birləşdirən mühüm parlament diplomatiyası platforması olduğu diqqətə çatdırılıb. Bu cür platformaların həm də üzv ölkələrin qanunverici orqanları arasında müzakirələrin və dialoqun inkişafına xidmət etdiyi qeyd olunub.
Söhbət zamanı Azərbaycan və Oman Sultanlığı arasında siyasi əlaqələrin və dialoqun yaxşı səviyyədə olmasından məmnunluq ifadə edilib. Bildirilib ki, xalqlarımız arasında mövcud olan tarixi, dini və mədəni əlaqələr ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün möhkəm zəmin yaradır. Ölkələrimiz arasında iqtisadi, ticarət və digər sahələrdə əlaqələri genişləndirmək üçün hər cür imkan var.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, ölkələrimiz arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi mühüm beynəlxalq təşkilatlarda müsbət əməkdaşlıq və qarşılıqlı dəstək mövcuddur.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Ölkəmizin sədrliyi ilə Parlament Şəbəkəsinin təsis konfransından bu günə qədər təşkilatın institusional əsaslarının yaradılması və möhkəmləndirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib.
Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Nasir Al-Maavali ölkəsinin digər təşkilatlarda olduğu kimi, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də Azərbaycana dəstəyini bir daha ifadə edib.
Qonaq tədbirdə iştiraka dəvətə, yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkəsinin Azərbaycanın APA-ya sədrliyi dövründə təşkilata tam hüquqlu üzv olmasından məmnunluğunu bildirib. O, paytaxtımızın evsahibliyi ilə keçəcək 15-ci plenar sessiyasının təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələr verəcəyinə inamını ifadə edib.
Görüşdə Azərbaycan və Oman arasında parlamentlər müstəvisində də əlaqələrin xüsusilə son illərdə daha da inkişaf etdiyi qeyd edilərək, qarşılıqlı səfərlərin və təmasların bu münasibətlərə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Fevral 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri