Sahibə Qafarova Buxarada Türkmənistan Məclisinin sədri ilə görüşüb
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Özbəkistanın Buxara şəhərində keçirilən İkinci Asiya Qadınlar Forumunda iştirak edən Sahibə Qafarova burada Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Tərəflər dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığını bildiriblər.
Söhbət zamanı İkinci Asiya Qadınlar Forumunun əhəmiyyətindən danışılaraq, onun qadınların ictimai-siyasi həyatda iştirakının artırılması, müxtəlif ölkələrin qadın parlamentariləri arasında əməkdaşlığın genişlənməsi baxımından mühüm rol oynadığı vurğulanıb. Sahibə Qafarova Forumun qadınların qərarqəbuletmə proseslərində rolunun gücləndirilməsinə, eləcə də iştirakçı ölkələrin parlamentləri arasında əməkdaşlığın inkişafına və regional həmrəyliyin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
Parlamentlərarası münasibətlər barədə danışan Sahibə Qafarova bu sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini deyib. Qeyd olunub ki, hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir və parlamentlər beynəlxalq parlament təşkilatları çərçivəsində də əməkdaşlıq edirlər.
Dünyagözəl Qulmanova da ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsini qeyd edərək, qarşılılıqlı səfərlərin və sıx təmasların münasibətlərin daha da dərinləşməsinə töhfələrini vurğulayıb.
Görüşdə beynəlxalq və regional platformalarda əməkdaşlığın möhkəmləndirilməsi, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Süleyman
Baxış sayı:166
Bu xəbər 14 May 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















