Icma.az
close
up
RU
Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Sahibə Qafarova Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində sentyabrın 1-də Serbiya Respublikası Milli Assambleyasının sədri Anna Brnabiç ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan-Serbiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Sahibə Qafarova ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu qeyd edərək, qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Parlamentin sədri yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. O, Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə həyata keçirdiyi təşəbbüslərdən, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətindən danışıb.
Milli Məclisin sədri 2023-cü ilin mayında Serbiyaya rəsmi səfərini, həmçinin cari ilin iyununda PAİ-nin Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak məqsədilə Serbiyaya işgüzar səfərini məmnunluqla xatırlayıb.
Anna Brnabiç Azərbaycan-Serbiya münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib, parlamentlərarası əlaqələrin də müsbət dinamika ilə davam etdiyini bildirib. O, ötən ilin sentyabrında Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayaraq, səfər çərçivəsində keçirilmiş görüşlərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 01 Sentyabr 2026 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see453

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see364

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see361

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see356

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see333

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see330

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see320

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see317

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see316

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see312

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see300

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see290

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see285

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see275

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see272

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see263

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see262

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see257

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see255

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see245
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri