Sahibə Qafarova Slovakiya səfirini qəbul etdi FOTO
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 24-də Slovakiya Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov ilə görüşüb.
Redaktor.az xəbər verir ki, spiker bu vəzifədə fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, xüsusilə Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”nin əlaqələrimizi keyfiyyətcə yeni mərhələyə qaldırdığı qeyd edilib.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı səfərlərin intensivliyi müsbət qiymətləndirilərək, bu təmasların münasibətlərə töhfə verdiyi vurğulanıb.
Səfir Slovakiya Respublikası Milli Şurasının sədri Riçard Rasinin salamlarını Azərbaycan parlamentinin sədrinə çatdırıb. Diplomat həmçinin, 8 noyabr – Zəfər günü münasibətilə təbriklərini ifadə edib.
Görüşdə qanunvericilik orqanları arasında da əlaqələrin inkişafı qeyd olunaraq, bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Bu mənada, parlament sədrlərinin, o cümlədən deputatların qarşılıqlı səfərlərinin qanunvericilik orqanları arasında əlaqələrin daha da genişlənməsinə müsbət təsirləri vurğulanıb.
Söhbət zamanı, həmçinin parlamentlərimiz arasında bütün istiqamətlərdə, o cümlədən parlament komitələri arasında əməkdaşlığın yaradılması imkanları nəzərdən keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 24 Noyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















