Icma.az
close
up
RU
Sahibə Qafarova Türkiyənin yeni səfirini qəbul etdi FOTO

Sahibə Qafarova Türkiyənin yeni səfirini qəbul etdi FOTO

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünü qəbul edib.

Redaktor.az xəbər verir ki, Milli Məclisin sədri qardaş Türkiyənin yeni təyin olunmuş səfirini təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüşdə qardaş ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edilərək, münasibətlərimizin Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi, "Bir millət, iki dövlət" prinsipinə uyğun olaraq, bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. İki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin ən yüksək səviyyəyə çatdığı və bu gün dünya miqyasında Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri olmadığı vurğulanıb. Tarixi Şuşa Bəyannaməsi xalqlarımız arasında mövcud olan tarixi, ənənəvi qardaşlıq əlaqələrinin ifadəsi kimi qiymətləndirilib. Həmçinin bildirilib ki, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu regionumuzda da sülh və sabitliyin, təhlükəsizliyin təmin olunmasına mühüm amildir.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığa toxunulub. Qeyd olunub ki, iki qardaş dövlət hər zaman bir-birinin yanındadır və bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq bir-birilərini dəstəkləyirlər.

Görüşdə ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin iki ölkənin parlamentləri platformasında da uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, qanunverici orqanlarımız arasında əlaqələr ölkələrimiz arasında əməkdaşlığın ruhuna uyğundur və ildən-ilə möhkəmlənir. İkitərəfli əsasda əlaqələrimizin üçtərəfli platformalarda da inkişaf etdiyi diqqətə çatdırılıb.

Türkiyənin yeni təyin olunmuş səfiri Birol Akgün səmimi qəbula və təbriklərə görə təşəkkür edib, Türkiyənin Azərbaycanda səfiri qismində fəaliyyəti zamanı mövcud müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Fevral 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri