Sahibkar özbaşınalıq edir, qurumlar isə məsuliyyətdən yayınır FOTO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtda daha bir sahibkar özbaşınalığı ilə əlaqədar vətəndaşlar tərəfindən sosial şəbəkələrdə məlumat yayılıb.
Avtosfer.az xəbər verir ki, şəhərin Nərimanov rayonu Azadlıq prospekti ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində 5 mərtəbəli tikilinin sahibi qanunsuz əməlilə yadda qalıb. Həmin 5 mərtəbəli tikili layihədə qaraj kimi göstərilib. İşlər hələ də tamamlanmayıb. Bununla yanaşı binanın bir tərəfinə düşən səki faktiki olaraq parkinq kimi istifadə olunur.
Digər tərəfdə isə terras qurmaq istəyiblər. Ərazidə yaşayanların sözlərinə görə, binanın aşağı hissəsi restoran işlətmək üçün icarəyə verilib. Təxminən iki ay əvvəl restoran qarşısında terras salmaq planı dayandırılıb, lakin həmin sahə hələ də tikinti tullantılarından təmizlənməyib. Artıq burda antisanitar vəziyyət hökm sürür.
Məsələ ilə bağlı aidiyyəti qurumlarla əlaqə saxlamağa çalışsaq da nə Nəsimi nə də Nərimanov Rayon İcra Hakimiyyətindən sorğumuza cavab verən olmadı.
Nurcan Babək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 08 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















