Sumqayıtda evi ilan basıb Qurumlar məsuliyyətdən yayınır?
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Ödənişlərə gələndə əllərinə kağız alıb camaatın üstünə gəlirlər. Amma problem olanda dövlət qurumları baxmır”.
Bu sözləri AZXEBER.COM-a müraciət edən Sumqayıt sakini deyib.
Vətəndaş qeyd edib ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etsə də, qurumlar problemin həlli ilə bağlı məsuliyyəti bir-birinin üzərinə atır.
"Bina evində, xüsusilə də 5-ci mərtəbədə ilan olması həqiqətən də biabırçılıqdır. Bütün qurumlara zəng etdim. Fövqəladə Hallar Nazirliyinə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etdim. Hamısı bir-birinin üzərinə atır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də bildirmişəm. İcra hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin üzərinə atır, Fövqəladə Hallar Nazirliyi də başqa qurumlara yönləndirir”.
Şikayətçi həmçinin kommunal və digər ödənişlərini vaxtında etdiyini, lakin problem yarananda aidiyyəti qurumların məsələ ilə bağlı tədbir görmədiyini deyib:
"Bütün ödənişləri ilin əvvəlindən düz axıra qədər əvvəlcədən ödəyirəm. Hətta bu ilin ödənişini də tam ödəmişəm. Ödənişlərə gələndə əllərinə kağız alıb camaatın üstünə gəlirlər. Amma problem olanda dövlət qurumları baxmır”.
AZXEBER.COM məsələ ilə bağlı adıçəkilən aidiyyəti qurumlara sorğu göndərib.
Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, belə halların aradan qaldırılması nazirliyin səlahiyyətlərinə aid deyil və məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməlidir:
"Bu cür problemlərlə bizim nazirlik məşğul olmur. Siz Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edin. Bununla bağlı bizim səlahiyyətimiz çərçivəsində heç bir məsələ yoxdur və kadr potensialı da nəzərdə tutulmayıb”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, məsələ onların səlahiyyətlərinə aid deyil:
"Bu məsələyə bizim nazirlik baxmır. Hansı qurum baxır, o barədə məlumatımız yoxdur”.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə sorğumuza cavab olaraq bildirildi ki, məsələ aidiyyəti quruma yönləndirilib:
"Şirvan yaşayış massivindədir. Mənzil İstismar Sahəsinə məlumat vermişik”.
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 24 Sentyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















