Icma.az
close
up
RU
Sahibkara qarşı 85 minlik dələduzluq edən şirkət rəhbərinə hökm oxundu

Sahibkara qarşı 85 minlik dələduzluq edən şirkət rəhbərinə hökm oxundu

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şahlar Nəbiyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Şahlar Nəbiyev “ArxDizayn MS” Məhdud Məsuliyyəti Cəmiyyətinin təsisçisi və direktoru vəzifəsində işləyir. O, Astara şəhəri sakini, sahibkar, zərərçəkmiş Elşad Yusifova (soyadı şərtidir) Nazirlər Kabineti və Şəhərsalma və Arxitektura Komitəsində rəhbər vəzifələrdə işləyən tanışlarının olduğunu bildirib. Təqsirləndirilən şəxs Elşad Yusifova məxsus Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı, ümumi sahəsi 0.65 ha olan torpaq sahəsinin təyinatını (sənaye təsərrüfatlıya) dəyişdirməyi və həmin torpaq sahəsində zərərçəkmiş şəxsə gələcəkdə tikmək istədiyi yanacaq doldurma məntəqəsinin layihəsini hazırlayacağına yalandan vəd verib. Şahlar Nəbiyev 2023-cü illərdə, müxtəlif vaxtlarda Elşad Yusifovdan ümumilikdə 85000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.
Məhkəmə istintaqı zamanı Şahlar Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində qeyd edib ki, 85000 manat pulu zərərçəkmiş Elşad Yusifovdan alıb, lakin dələduzluq etməyib:
“Astara rayonunda yol kənarında yanacaqdoldurma məntəqəsi və restoran layihəsi üçün torpaq sahəsi iki hissədən ibarət olub. Qanunvericiliklə yol kənarında olan kənd təsərrüfatı sahələrində müstəsna halda qeyri-yaşayış sahələri üçün restoran və ya motel tikilişindən ötrü icazə alınmalı idi. Bununla bağlı şəhərsalma komitəsinə müraciət olundu, icazənin alınması bugünkü qanunvericiliklə 5-6 ay bəzən 1 il də çəkə bilir. Zərərçəkmiş şəxsdən layihələrə görə pul almışam”.
Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs həmçinin bildirib ki, Elşad Yusifova torpaq sahələrinin təyinatını dəyişdirəcəyi ilə bağlı söz verməyib:
“Ona dedim ki, icazə alıb tikinti aparacaqlar. Layihələrə 60 000-65 000 pul xərcləmişdir. Layihəni “Whatsapp”la zərərçəkmiş şəxsə göndərmişəm. Sahibkaram, VÖEN-nim də var. Zərərçəkmiş şəxsdən aldığım pullara görə ona heç bir çek verməmişəm”.
Sonra təqsirləndirilən şəxs 63 yaşında olmasını, müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, himayəsində sağamlıq imkanları məhdud uşağının olmasını, əməlindən peşman olmasını, ailə, maddi və sosial vəziyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ödənişli əsaslarla təhsil alan uşağının olmasını bildirib və ona yüngül cəza verilməsini xahiş edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Aprel 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see148

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see137

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see133

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see125

Almaxanım ana oldu

04 İyul 2025 15:22see124

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see124

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see123

Yox olan varlıq, var olan yoxluq: Yaradılışın sirri harada gizlənir? ELMİN SONU (XXIX YAZI)

04 İyul 2025 14:31see120

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see119

Küləkli hava: Sarı və narıncı xəbərdarlıq

04 İyul 2025 07:40see119

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see119

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see119

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see118

Yaponyalı alimlərdən xərçəng xəstələrini sevindirəcək kəşf

04 İyul 2025 14:40see117

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see117

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see116

Dövlət qurumlarının sistemində problem, qadın doğuma görə müavinəti ala bilmir ŞİKAYƏT/RƏSMİ AÇIQLAMA

03 İyul 2025 16:14see114

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see114

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see113

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri