Icma.az
close
up
RU
14 ƏSRİN SÖNMƏYƏN İŞIĞI

14 ƏSRİN SÖNMƏYƏN İŞIĞI

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Sabah Kərbəla faciəsinin – Peyğəmbərimizin (s.ə.s.) çox sevdiyi, müsəlmanlara da hörmətini saxlamağı vəsiyyət etdiyi sevimli nəvəsi Həzrəti Hüseynin və doğmalarının amansızlıqla qətlə yetirilməsinin növbəti ildönümüdür.

Düz 14 əsr – 1344 ildir ki, müsəlmanlar bu faciəni onun ağrısını təkrar yaşaya-yaşaya, ancaq həm də böyük bir qürur və iftixar hissiylə anır, qeyd edirlər.

Üstəlik, ilk vaxtlar çox gizlicə və məhdud sayda insanın iştirakıyla qeyd edilən bu faciənin ildönümünü indi dünyanın hər yerində milyonlar böyük yanğı, coşğu və sevgiylə anırlar. Hər il də bu say arta-arta gedir, coğrafiya genişlənir, heç bir qadağa, təzyiq də bu əzəmətli dalğanın qarşısını ala bilmir!

Bilirsiniz, niyə?

Çünki dünyada ədalətsizliklər, qeyri-bərabərliklər və zülm artdıqca, ona paralel şəkildə də Kərbəlada yaşananlar araşdırıldıqca, öyrənildikcə, bu hadisənin təkcə İslam tarixində deyil, ümumiyyətlə, bəşəriyyətin mübarizə tarixində necə böyük və örnək bir nümunə olduğu daha yaxşı dərk edilir, anlaşılır!

Artıq Həzrəti Hüseynin həyatı, əxlaqı, davranışları, zalıma boyun əyməmək və ideyası uğrunda ölümə yürümək örnəyi təkcə zülm və zorakılğın yayılıb artdığı Yaxın və Orta Şərqdə – İslam coğrafiyasında deyil, ədalətsizliyin və haqsızlığın olduğu hər yerdə, o cümlədən xristian Qərb dünyasında, hətta buddistlərin çoxluq təşkil etdiyi Çin və Hindistanda belə, böyük maraq və həvəslə araşdırılır, öyrənilir, tədqiq edilir.

Hər il Kərbəla hadisəsinə, onun qəhrəmanlarına həsr olunmuş, bu hadisəyə müxtəlif baxış və rəyləri əks etdirən nə qədər kitablar, məqalələr yazılır, filmlər çəkilir, musiqilər bəstələnir. Və istisnasız olaraq da, bu əsərlərin əksəriyyətində İmam Hüseynin adı əsl lider necə olmalıdır nümunəsini yaratmışların önündə gəlir artıq…

Əlbəttə, hər kəs Kərbəlanı anlaya, hər kəs Hüseynə ağlaya və onu sevə bilməz! Heç bu, hər kəsdən gözlənilmir də! Çünki yalnız soyu-qanı təmiz, ideyasına və prinsiplərinə sadiq, kin, həsəd və paxıllıqdan uzaq, həqiqi ləyaqət və şərafət sahibi olan gerçək dava adamları Hüseyni və tərəfdarlarını daha yaxşı başa düşər, anlayar, onları sevər, hörmətini də hər yerdə saxlayar! Axı yalnız onlar daha yaxşı bilir və qəbul edirlər ki, Kərbəlada yaşananlar təkcə iki ərəbin – Hüseynlə Yezidin hakimiyyət və sərvət bölgüsü savaşı deyildi!

Bu, Əli oğlu Hüseynlə Müaviyə oğlu Yezidin timsalında Xeyirlə Şərin, soylu ilə soysuzun, haqqla nahaqqın, imanla imansızın, dürüstlə nadürüstün, mərdlə namərdin, ləyaqətlə rəzalətin, sədaqətlə xəyanətin, işıqla zülmətin savaşıydı!

Əgər 680-ci ildə Əli oğlu Hüseyn Müaviyə oğlu Yezidin beyət təklifini qəbul etsəydi, babası Peyğəmbərin soyuna, söylədiklərinə, gətirdiyi Kitaba xəyanət və özünün halal haqqından da imtina etmiş olardı;

nadürüstlər və namərdlər ondan sonra hər yerdə qürrələnib önə, başa keçər, dürüst və mərdləri küsdürər, alçaqların ləyaqətlilər üzərində hökmranlığını əbədi edərdi;

daha heç kəs ləyaqətə, sədaqətə və etibara fikir verməz, dünya xəyanət yuvasına çevrilərdi;

Allahı anladan və bəşəriyyəti xeyirxahlığa, yaxşılığa, dürüstlüyə və ədalətə çağıran işıqlı kəlmələrsə birdəfəlik sönər, zülmət və zillət hər yeri qaranlığa qərq edərdi!

Nə yaxşı ki, Hüseyn o vaxt Yezidə beyət etmədi və yenicə közərən o işığı da sönməyə qoymadı!

…İmam Hüseynin 680-ci ildə Kərbəlada, Fərat çayının sahilində özünün və övladlarının qanıyla yandırdığı o işıq 1344 ildir ki, azadlıq və ədalət istəyən, haqqı uğrunda mübarizə aparan və bunun üçün canını belə çəkinmədən verən insanların yolunu aydınlaşdıran nura, mayaka, əbədi məşələ çevrilib!

Azərbaycan insanı o yolda yürüyənlərin nələrə nail olduğunu 44 günlük Qarabağ savaşında bir daha gördü, anladı…

Bu gün şəhidlər sərvəri İmam Hüseyni və eləcə də Qarabağımızda düşmənə təslim olmayaraq, onun beyət təklifini qəbul etməyərək şərəfimiz, namusumuz, ləyaqətmiz, Vətənimiz üçün öz canından keçən hər bir Şəhidimizi dərin hörmət, sevgi, minnətdarlıq və ehtiram hissiylə anırıq!

Başınıza döyüb, onu yarmayın, əziz həmvətənlər – “Allahu Əkbər!” nidalarıyla düşmən üzərinə yürüyən Şəhidlərimizi başa keçirin, baş tacı edin, onların həyatını dərindən öyrənin və bir də onları heç vaxt unutmayın!

Çünki onda görəcəksiniz ki, Şəhidlər, həqiqətən, ölmürlər – həmişə diridirlər və bizimlə birgə, ancaq bizlərdən daha çox yaşayırlar…

Elxan Şükürlü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 İyul 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see449

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see413

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see360

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see222

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see219

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see216

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see206

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see203

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see202

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see190

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see183

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see177

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see171

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see163

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see163

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see163

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see162

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see162

Ukraynada qadınların hərbi qeydiyyatı və səfərbərliyi an məsələsidir

09 Oktyabr 2026 03:05see161

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri