Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edildi
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanda "Kamk" təşəbbüsünün lideri Vaaqn Çaxalyan məhkəmənin qərarı ilə iki ay müddətinə həbs edilib.
Redaktor.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun oğlu Ruben Çaxalyan sosial şəbəkələrdə məlumat verib.
Bildirilib ki, qərarı hakim Nelli Bağdasaryan qəbul edib. V.Çaxalyan "Nubaraşen" cəzaçəkmə müəssisəsinə köçürülüb.
Onun adı "Müqəddəs mübarizə" hərəkatı ilə bağlı işdə keçir ki, bu çərçivədə iyunun 26-da terror aktı hazırlamaqda və hakimiyyəti qəsb etməkdə ittiham olunan 16 nəfər həbs edilib.
Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyan və onun bir neçə tərəfdarı iyunun 25-də genişmiqyaslı axtarışlar və saxlanılmalardan sonra həbs edilib.
Bu mövzuda digər xəbərlər:Ermənistanda deputatlığa namizəd iki ay müddətinə həbs edilib
24 May 2026 00:15
Ermənistanda müxalifət lideri Qaqik Tsarukyan iki ay müddətinə həbs edilib
07 İyul 2026 19:57
Ermənistanda müxalif siyasətçinin həbs müddəti uzadıldı
31 İyul 2026 13:21
Ermənistanda müxalif partiyanın iki nümayəndəsi saxlanılıb
30 Dekabr 2025 10:07
Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunan müxalif hərəkat üzvlərinin işi məhkəməyə göndərilib
07 Avqust 2025 11:24
Baxış sayı:160
Bu xəbər 05 İyul 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















