Icma.az
close
up
RU
Sahibkarlar Qarabağda biznes qurmaq istəyir

Sahibkarlar Qarabağda biznes qurmaq istəyir

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq, bölgədə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən informasiya və məsləhət xidmətinin göstərilməsi, biznes planların hazırlanmasına dəstək davam etdiriləcək. Ehtiyacı olan şəxslər agentliyin ödənişsiz biznes təlimlərinə cəlb olunacaqlar. Bu barədə KOBİA-dan AZƏRTAC-a bildirilib.

Qeyd edilib ki, hazırda bölgədə yaşayan və qayıdacaq vətəndaşların, xüsusilə də gənclərin, qadınların və əlilliyi olan şəxslərin sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün sahəvi və maarifləndirmə görüşləri davam etdiriləcək, ehtiyacları və təklifləri aidiyyəti qurumlara çatdırılacaq.

2023-cü ildən KOBİA və tərəfdaşların birgə icra etdiyi “Qarabağ KOB-ları” layihəsinin davam etdirilməsi də nəzərdə tutulur. Məlumat üçün qeyd edək ki, indiyədək Bakı, Abşeron, Sumqayıt, Şamaxı, İsmayıllı, Mingəçevir, Zaqatala, Gəncə, Bərdə, Goranboy ilə yanaşı, Şuşa, Xocalı, Füzuli, Laçın, Zəngilan rayonlarından ümumilikdə 220 nəfər bu layihəyə cəlb olunub. Artıq onların bir qismi biznes təlimlərini uğurla başa vuraraq, seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfində lazımi avadanlıqlarla təmin ediliblər. Layihənin məqsədi şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir. Ümumilikdə KOBİA işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq, sahibkarlıq fəaliyyətini genişləndirmək və bölgəyə investisiya yatırmaq istəyən yerli və xarici biznes subyektlərinə aşağıdakı istiqamətlərdə dəstək göstərir: bölgənin iqtisadi və investisiya potensialına dair məlumat dəstəyi, peşəkar məsləhət xidməti,müvafiq dövlət qurumları ilə əlaqələndirmə, yerli tərəfdaşların tapılmasına dəstək.

Bu dəstək agentliyin Zəngilan rayonunun Ağalı kəndində, Laçın və Kəlbəcər rayonlarında fəaliyyət göstərən KOB dostu ofisləri, Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzində yerləşən KOB evi vasitəsilə təmin olunur. 2025-ci ilin oktyabr ayına qədər KOBİA-ya işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlar tərəfindən 4 mindən çox müraciət daxil olub ki, onlardan 3500-dən çoxu yerli sahibkarların və bölgədə biznes qurmaq istəyən şəxslərin müraciətləridir.

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və bu ərazilərdə investisiya qoyuluşlarının sürətlənməsinə dəstək diqqət mərkəzində saxlanılır. Belə ki, bu il “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanətinin verilməsinə başlanılıb. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir. 2024-cü ildə bu ərazilərdə sahibkarların zəmanət-subsidiya mexanizminə müraciətləri əsasında 12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat dövlət zəmanəti verilib. Həmçinin bu kreditlər üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsi təsdiqlənib. Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrini əhatə edib. Sözügedən layihələr Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda fəaliyyət göstərərək iqtisadiyyata töhfə verirlər.

Bununla yanaşı, sözügedən mexanizmə müraciətlərin operativ qəbul edilməsi məqsədilə "Elektron kredit və zəmanət” informasiya sistemi sahibkarların istifadəsinə verilib. Sahibkarlar heç bir kredit təşkilatına getmədən elektron informasiya sistemi vasitəsilə müraciətlərini ünvanlamaq imkanına sahibdirlər.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Ötən il ərzində bu ərazilərdə icra olunan 3 layihə üzrə Fonddan ümumilikdə 8,1 milyon manat güzəştli kredit əldə edilib.

Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin canlanması məqsədilə sağlam bünövrə yaradılır. Məsələn, aşağı həddə icarə haqqı tətbiq edilir, dövlət vəsaiti hesabına kommunikasiya və logistik infrastruktur qurulur. İnfrastruktur elektrik, təbii qaz, içməli və texniki su, sürətli internet, həmçinin daxili və tranzit yük daşımalarını həyata keçirməyə imkan verən avtomobil və dəmir yolu, eləcə də anbarlardan ibarətdir.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafın və əhalinin yüksək səviyyəli həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması çərçivəsində şəhər və kəndlərin, təhsil və səhiyyə obyektlərinin, hava limanlarının bərpası və tikintisi istiqamətində işlər davam etdirilir, eyni zamanda müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılır.

Şuşa şəhəri, rayonun Daşaltı kəndinin, Turşsu qəsəbəsinin, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Zəngilan şəhəri, rayonun Alıbəyli, Zəngilan, Ağalı, Məmmədbəyli, Cahangirbəyli kəndlərinin, Laçın şəhəri, rayonun Sus, Zabux, Şalva, Qorçu, Güləbird, Bəylik kəndlərinin, Ağdam şəhəri, rayonun Kəngərli, Xıdırlı, Sarıcalı, Baş Qərvənd, Salahlı Kəngərli, Qiyaslı, Eyvazxanbəyli, Güllücə, Şotlanlı, Nəmirli, Tağıbəyli kəndlərinin, Füzuli şəhəri, rayonun Pirəhmədli, Dədəli, Qoçəhmədli, Qarğabazar, Cuvarlı, Dövlətyarlı, Qaraxanbəyli, Mirzəcamallı kəndlərinin, Cəbrayıl şəhəri, rayonun Xudafərin qəsəbəsi, Soltanlı, Horovlu, Sarıcallı, Maşanlı, Şükürbəyli kəndlərinin, Kəlbəcər şəhəri, rayonun Zar, Zallar, Yanşaq kəndlərinin, Ağdərə rayonunun Suqovuşan qəsəbəsi, Talış, Umudlu kəndlərinin, Xocalı şəhəri, rayonun Çanaqçı, Sığnaq, Malıbəyli kəndlərinin, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Tuğ, Xocavənd kəndlərinin, Qubadlı şəhəri, rayonun Mahruzlu, Zilanlı, Xanlıq kəndlərinin tikintisi istiqamətində işlər davam etdirilir. 2025-ci il 30 sentyabr tarixinə olan məlumata əsasən yaradılmış infrastruktura uyğun olaraq işğaldan azad olunmuş ərazilərə ümumilikdə 19000-dən çox əhali köçürülmüşdür.

İşğaldan azad edilmiş ərazilərdə hazırda ümumi uzunluğu 3300 km-dən çox avtomobil yolu layihələri həyata keçirilir. 3 iyul 2025-ci il tarixində ölkə başçısının iştirakı ilə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun açılışı olmuşdur. İşğaldan azad edilmiş ərazilərdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə uyğun olaraq inşa edilən Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı, Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilmişdir. Regionda nəqliyyat və logistik baxımından mühüm əhəmiyyət daşıyan Bərdə – Ağdam dəmir yol xətti istifadəyə verilmişdir. Horadiz – Ağbənd dəmir yolu xətlərinin tikintisi, Ağdam – Xankəndi və Ağbənd – Salamməlik dəmir yolu xətlərinin layihələndirilməsi işləri həyata keçirilir.

Hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır. Belə ki, Qarabağda sahibkarlar 2023-cü il yanvarın 1-dən 10 il müddətinə vergi və rüsumlardan azad ediliblər. Azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır. İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarının rezidentləri üçün tətbiq edilən güzəştlər bunlardır. Rezidentlər qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib. Məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır. Bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20%-i məbləğində maliyyə yardımı ödənilir.

Mahir Həmzəoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 13 Noyabr 2025 01:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri