Biznes Psixologiyası Gənc Sahibkarlar Düşərgəsinə qeydiyyat başladı
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və Odlar Yurdu Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Biznes Psixologiyası” Gənc Sahibkarlar Düşərgəsi layihəsinə qeydiyyat başladı.
Moderator.az xəbər verir ki, layihə, gənc sahibkarlar arasında biznes psixologiyasının öyrənilməsi, onların liderlik bacarıqlarının inkişaf etdirilməsi və qərarvermə proseslərində dəstək göstərilməsi məqsədi daşıyır.
Layihə çərçivəsində iştirakçılar biznes psixologiyasının əsasları, liderlik və qərarvermə bacarıqları, stressin idarə olunması üsulları, real biznes keysləri üzərində iş və praktiki həll yollarının tapılması kimi mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər.
Layihə xüsusilə Bakı və regionlardan olan startap qrupları, mikro sahibkarlar və sosial sahibkarlıqla məşğul olan gəncləri əhatə edir.
Qeyd edək ki, layihə Lənkəran şəhərində həyata keçiriləcək.
Son qeydiyyat tarixi: 30 noyabr 2024-cü il
İştirak etmək istəyənlər üçün qeydiyyat linki: //bit.ly/3V7taQh
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 26 Noyabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















