Icma.az
close
up
RU
Sahibkarlar üçün yeni sistem: Bəzi sahələrdə ödənişlər azalacaq İZAH

Sahibkarlar üçün yeni sistem: Bəzi sahələrdə ödənişlər azalacaq İZAH

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, fərdi sahibkarların sosial sığorta haqlarının mövcud dərəcələrlə hesablanması müddəti 1 yanvar 2026-cı il tarixdə bitir. Bundan irəli gələrək “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilməsi təklif olunur. Belə ki, mövcud qanuna əsasən, fərdi sahibkarlar özünə görə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə (yəni ticarət, iaşə, tərcümə, mühasibat və s. xidmət sahələri) 25 faizi miqdarında sosial sığorta haqları ödəyirlər. Həmçinin regionlar üzrə əmsallar tətbiq edilir (Bakı şəhərində 100 faiz, Sumqayıt və Gəncə şəhərlərində 90 faiz, digər şəhərlərdə 80 faiz, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faiz, kənd yerlərində 50 faiz miqdarında).

Növbəti ildən qanunvericiliyə dəyişiklik edilməyəcəyi halda fəaliyyət göstərdikləri sahələrdən asılı olaraq fərdi sahibkarların sosial sığorta yükü artmalı idi. Lakin “Sosial sığorta haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, fərdi sahibkarlar gələn ildən sosial sığorta haqlarını dövriyyədən 2% dərəcə ilə ödəyəcəklər.

Ölkə.Az xəbər verir ki, bu zaman sığorta haqqının minimum məbləğ həddi minimum əmək haqqının 15 faizi, yəni 60 manat, maksimum məbləğ həddi  isə minimum əmək haqqının 1 misli, yəni 400 manat təşkil edəcək.  

Dəyişikliyi nümunələrlə izahı 

Bakı şəhərində ticarət sahəsində fəaliyyət göstərən, aylıq gəliri 5000 manat olan mikro sahibkarın ödədiyi aylıq sosial sığorta haqqı mövcud qanunvericiliyə görə 100 manat təşkil edirsə, qanuna dəyişiklik edilməyəcəyi halda bu məbləğ 2 dəfə çox, yəni 200 manat olacaq. Lakin təklif olunan yeni modelə görə, aylıq gəlirə 2 faiz dərəcə tətbiq etməklə hesablanacaq sosial sığorta haqqı (100 manat) mövcud sosial sığorta yükü ilə eyni olacaq. Eyni sahədə aylıq gəliri 3500 manat olan mikro sahibkar üzrə aylıq sosial sığorta haqqı 100 manatdan 70 manata enəcək.

Bakı şəhərində xidmət sahəsində fəaliyyət göstərən aylıq gəliri 3000 manat olan mikro sahibkar üzrə sosial sığorta haqqı 100 manatdan 60 manata enəcək.  Regionlarda isə ticarət sahəsində çalışan və aylıq gəliri 1500 manat olan mikro sahibkarlar üzrə aylıq sosial sığorta haqqının 3 dəfədən çox artmasının qarşısı alınaraq məbləğ 60 manat təşkil edəcək.

Göründüyü kimi, gəlirin həcmindən asılı olmayaraq minimum əmək haqqı üzrə standart məbləğlər əvəzinə qanunvericiliyə təklif olunan yeni dəyişiklik nəticəsində aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükünün aşağı düşməsi gözlənilir. 
Qeyd edək ki, fəaliyyət göstərən mikro sahibkarlıq subyektinə aid olan fərdi sahibkarların 80%-nin illik gəlirləri 60.000 manatadək olan şəxslərdir. 

Eyni zamanda, fərdi sahibkarın özünə görə ödədiyi sosial sığorta haqları heç bir halda vergi deyil və onun pensiya kapitalına yığılmaqla gələcəkdə həmin şəxsə pensiya ödənilməsi üçün istifadə edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Noyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see809

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see218

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see203

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see195

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see150

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see148

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see142

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see141

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see137

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see131

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see129

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

26 Noyabr 2025 20:48see128

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri