Azərbaycanda Netflix, Zoom, ChatGPT üçün ödənişlər azalacaq
Icma.az, Modern.az saytına istinadən bildirir.
Netflix, Zoom və ChatGPT üçün ƏDV qaydası dəyişib, artıq vergini bank deyil, platforma hesablayacaq.
Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili Modern.az-a açıqlama verib.
Deputat bildirib ki, bu cür ödəniş qaydası istifadəçilərin platformalardan daha ucuz istifadə etməsinə gətirib çıxaracaq:
“Əslində bu qaydalar istifadəçilərin daha az ödəniş etməsinə gətirib çıxaracaq. Qaydalara görə Azərbaycanda ƏDV məqsədləri üçün qeydiyyatdan keçmiş platformalara edilən ödənişlərdə bank istifadəçilərdən ƏDV tutmur. Bu, istifadəçilər üçün ümumi aylıq ödənişin azalması deməkdir. İstifadəçilərin hesabından bank tərəfindən tutulan ƏDV məbləğini isə rəqəmsal platformalar artıq özləri ödəyəcəklər”.
Nicat Rüstəm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 02 Sentyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















