Sahibkarlar vergi və sosial sığorta güzəştləri barədə məlumatlandırılıblar
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı və 4 saylı Ərazi Vergi İdarələrinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə mikro və kiçik sahibkarlar iştirak ediblər.
XQ xəbər verir ki, tədbirdə qanunvericiliyə edilmiş dəyişikliklər, Naxçıvan Muxtar Respublikasında tətbiq olunan vergi və sosial sığorta güzəştlər və onlardan yararlanma mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, vergi güzəştlərinin tətbiqində əsas məqsəd istehsal, emal və hasilat sektorlarının regionda sürətlə formalaşmasına və investisiya cəlbediciliyinin artırılmasına nail olmaqdır. Güzəştlərin yalnız muxtar respublikanın rezidentlərinə tətbiq edildiyi də iştirakçıların diqqətinə çatdırılıb.
Görüşdə iştirakçıların sualları cavablandırılıb, praktiki izahlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 30 Yanvar 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















