Icma.az
close
up
RU
Qəbələdə sahibkarlar vergi və sığorta qanunvericiliyi barədə məlumatlandırılıb

Qəbələdə sahibkarlar vergi və sığorta qanunvericiliyi barədə məlumatlandırılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 23 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsinin təşəbbüsü ilə 10 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

DVX-dən AZƏRTAC-a bildirilib ki, vergiödəyicilərinin vergi və sığorta qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin və bu istiqamətdə təkliflərinin öyrənilməsi məqsədilə keçirilmiş görüşdə kiçik, orta və iri sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.

İştirakçılara vergi ombudsmanının əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyev Baş idarənin yaradılmasında əsas hədəfin vergi ödəyicilərinin hüquqlarının qorunması üçün preventiv tədbirlərin görülməsi və bu sahədə səmərəliliyin artırılması olduğunu bildirib.

Görüş zamanı iştirakçılara Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində (www.taxes.gov.az) yaradılmış “Vergi ombudsmanı” bölməsi barədə məlumat verilib. Bununla yanaşı, vergi orqanına edilən müraciətlərlə əlaqədar sahibkarlar arasında real vaxt rejimində sorğu keçirilib, əlavə interaktiv sorğular aparılıb, iştirakçılara fikirlərini anonim formada çatdırmaq imkanı yaradılıb.

Sahibkarlar vergi və sığorta qanunvericiliyi və inzibatçılığı ilə bağlı rastlaşdıqları çətinliklərlə bağlı suallarını və təkliflərini səsləndiriblər. Təkliflər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirə olunub.

Xatırladaq ki, vergi ombudsmanı institutu vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, qarşılıqlı münasibətlərin əməkdaşlıq formatında tənzimlənməsinə köməklik göstərmək məqsədilə 2019-cu ildə təsis edilib. 2023-cü ilin sonunda isə DVX-də Vergi ombudsmanı xidməti baş idarəsi yaradılıb. Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən gələcəkdə də bu istiqamətdə görüşlərin davam etdirilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri