Sahibkarlara qarşı 300 min manatlıq dələduzluq edilib
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sahibkarlara qarşı külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanıb.
APA xəbər verir ki, ittihama görə, Nadir Allahverdiyev adlı şəxs sahibkarlara qarşı dələduzluq edib. Spirtli içkilərin və ət satışını həyata keçirən şəxslərdən məhsulu alıb və öhdəliyini yerinə yetirməyib. Zərərçəkmişlərə 300 min manata yaxın ziyan vurulub.
İttiham edilən şəxs istintaq dövründə 40 min manat ödəniş edib. Onun barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.
Zərərçəkmiş şəxs qismində “Polad SR” MMC, “Organic Line” QSC, ALKO LMD AZƏR SPİRT 2024 MMC hüquqi şəxs və Kamran İsayev tanınıb.
Təqsirəndirilən Nadir Allahverdiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli-miqdarda törədikdikdə) maddəsi ilə ittiham edilir.
N.Allahverdiyevin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası 16 noyabra təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 05 Noyabr 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















