Icma.az
close
up
RU
Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... ŞOK FAKTLAR

Sahibkarları indi də elektron tərəzi ilə soyurlar... ŞOK FAKTLAR

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Qanunsuz olaraq cərimə yazıldığınl iddia edən daha bir vətəndaşımız etiraz edir: “7 000 min manat cərimə ödəmişəm, yenə qanunsuz olaraq 1200 manat cərimə yazıblar”

Bu günlərdə Qaradağ rayonu, Korgöz qəsəbə sakini Novruzov Ramiz Yavər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına daxil olan şikayət məktubunu dərc etmişdik. Şikayətçi qeyd edirdi ki, Ağstafa rayonu ərazisindəki elektron tərəziyə nəzarət edən şəxslər insanlara haqsız yerə cərimə yazır:

“Mən, Novruzov Ramiz Yavər oğlu, yazaraq bildirirəm ki, Ağstafa rayonu ərazisində qurulan “AYNA”ya məxsus tərəzi sürücülərə artıq cərimə yazır.

Belə ki, tərəzi 40 ton yükü 42 ton 300 kq göstərir. Sonra da sürücüyə 600 manat cərimə gəlir. Hansı ki, mənə yazılan həmin 600 manatı ödəməyə məcbur oldum...

11.08.2025-ci il tarixində “Norum” sement zavodundan Gürcüstana qilinker yükü aparırdım. Yüküm 26 ton 60 kq idi. Bu yükə Dövlət Gömrük Komitəsi möhür vurub, əlimdə sənədlərim var. Qaradağ yol polisi postunun yanındakı elektron tərəzidən problemsiz keçmişəm. Heç bir qayda pozuntusunun olmadığını bildiriblər. Lakin Ağstafa ərazisindən keçəndə yükü 42 ton 320 kq hesablayıblar. Nəticədə 1080 manat cərimə olunmuşam. Yəni qanunsuz yerə cərimə yazılıb. Çörəkpulu üçün evdən çıxırıq, ziyanla qayıdırıq. Belə olmaz.

Mən, sizin qəzet vasitəsilə səlahiyyətli qurumlardan, hüquq-mühafizə orqanlarından xahiş edirəm, bu məsələdə mənə kömək edin. Ağstafa rayon ərazisindəki elektron tərəzi düzgün çəkmir. Məcbur qalıb, aparıb 1080 manat ödənişi də etmişəm. Amma, xahiş edirəm, bu qanunsuzluğa bir çarə qılın".

Qeyd edək ki, dünən daha bir sürücü -  Bakı şəhəri, Xətai rayon sakini Ağamirzəli Natiq Cəmil oğlu  tərəfindən də “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, qeyri-qanuni yazılan cərimələri ödəməkdən artıq təngə gəlib:

“Mən, Ağamirzəli  Natiq Cəmil oğlu, yazaraq şikayətimi işıqlandırmağınızı xahiş edirəm. Bildirmək istəyirəm ki, işlədiyim vaxtdan bu günə qədər qeyri-qanuni yazılmış 7 000 min manat cərimə ödəmişəm. İki gün əvvəl isə yenə 1200 manat cərimə yazıblar.

Ölkədə olan elektron tərəzilər tək mənə aid maşınların yükünü səhv çəkmir. Bundan şikayət edənlərin sayı heç də az deyil. Hər bir sahibkara 7 000, 10 000 manat civarında cərimələr yazılıb. Maşınmın yük tutumu 40 ton olduğu halda, tərəzi 43 ton göstərir. Halbuki yanlışdır.

Elektron tərəzilər ölçü götürür və icraat düzgün şəkildə həyata keçirilmədən, birbaşa sistemə daxil edilir. Bu da biz sahibkarlara qarşı haqsızlıqdır. Problem odur ki, əgər yüküm artıqdırsa, niyə yol polisi məni saxlamır, niyə artıq yükü boşaltmaq üçün istiqamətləndirmir? Niyə hərəkətə icazə verilir? Çünki, bilirlər ki, artıq yük yoxdur, elektron tərəzi səhv göstərir. Əgər saxlasalar, tənzimləmə prosesi zamanı bu səhv üzə çıxacaq.

İnzibati Xətalar Məcəlləsinin 127-ci maddəsinin müvafiq bəndlərinin heç birinə uyğun hərəkət etmirlər. Yəni maşınların hərəkəti İnzibati Xətalar Məcəlləsinin qoyduğu qayda-qanunlarla yox, AYNA ilə Yol Polisi əməkdaşlarının “yazılmamış qanunları” ilə idarə olunur.

Maddə 127-1. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası;

127-1.1. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin çəki və kütlə parametrlərini ölçən və yol örtüyünün altında yerləşən xüsusi texniki vasitələrin (elektron tərəzilərin) məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün elektron tərəzilər müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir.

127-1.2. İnzibati tənbeh vermə haqqında elektron qərar çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun ən yaxın nəzarət məntəqəsinə göndərilir.

127-1.3. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur.

127-1.4. Saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə saxlanılmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşları tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür.

127-1.5. Hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir.

Qubadan Bakı istiqamətində iki elektron tərəzi var – biri Gəndov ərazisində, digəri isə Giləzidə yerləşir. Hər iki tərəzi də səhv çəkir, sanki kimlərinsə cibinə işləyir.

Yük maşınının seriya nömrəsi 77-EH-839. Dövlət Yol Polisi araşdırıb baxa bilər ki, indiyə qədər mən nə qədər cərimə ödəmişəm. Əvvəllər yazılan cərimələrlə bağlı da şikayət vermişəm, amma nəticə olmayıb. Apellyasiya Məhkəməsinə qədər getmişəm. Hakim açıq şəkildə dedi ki, tapşırıq var, bu qərar yerinə yetirilməlidir. Yəni cərimə ödənilməlidir.

Axırıncı cərimənin protokol nömrəsi:  YQ 30473644. Xahiş edirik, səlahiyyətli qurumlar bu məsələni araşdırıb, biz sahibkarlara kömək olsunlar”.  

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri