Icma.az
close
up
RU
“Novostroykalar”da əhalini necə soyurlar? ŞOK FAKTLAR!

“Novostroykalar”da əhalini necə soyurlar? ŞOK FAKTLAR!

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Yeni tikili, yeni arzular, rahat həyat... vaxtı ilə sovet dövründə “stalinka”lar, “xruşşovka”lar, daha sonralar “Kiyev”, “Minsk”, “Leninqrad” tipli yaşayış evləri sovet adamları üçün əsl rahatlıq və bir qədər də əlçatmaz görünərdi. Şəhərlərin şəhər olan vaxtında şəhər əhli öz dörd divar mənzilləri ilə öyünərdilər. Vaxt keçdi, zaman tamam dəyişdi və bu gün şəhərlərdə yeni tikililər, el dilində desək, “novostroykalar” ən prestij yaşayış binası sayılır. Məsələn, şəhərdə yaşayasan, “novostroykada” yaşamayasan, bir az qəribə baxırlar adama. Zamanla ayaqlaşmayan insanlar kimi görünürsən. Yeni tikililər olduqca geniş olduğu üçün bir müddət köhnə sovet evlərinin nüfuzunu da, qiymətini də tamamilə “öldürmüşdülər”. Amma.. Amma son bir neçə ildir ki, yeni tikilən mənzillər əhalinin baş bəlasına çevrilib. “Novostroykalar”da əhaliyə qarşı edilən dələduzluluq, qanunsuz pulların yığılması ciddi narazalılıq yaradıb. MTK-lar əsl dələduzluq obyektinə çevrilib. Gəlin faktlarla danışaq.
Həm Mənzil Tikinti Kooperativləri (MTK) mənzillərin kvadrat hesablamasında əhaliyə qarşı dələduzluq edirlər, həm də qanunsuz “komendant pulu” yığımı ilə açıq-aydın cinayət əməli törədirlər. Bina sakinləri ilə heç bir xidmət müqaviləsi olmadan özlərindən elə “xidmət haqqı” müəyyənləşdirirlər ki, gözlər kəlləyə çıxır. Bunlara bu haqqı kim verib axı? Digər bir baxımdan, müqavilə ilə MTK-lardan alınan mənzillərin kvadratında əhaliyə qarşı açıq-aşkar cinayət edilir. Hər mənzildən ən azı 7-10 kvadrat metr kəsir olur. Müqavilə ilə alınan mənzillər çöldən-çölə hesablanır. Məsələn, müqavilədə yazılan 61 kvadratlıq mənzil sahəsi sonra kupça alınan zaman 50 kvadrata qədər azalır. Demək, MTK-lar hələ 1 otaqlı, az kvadratlı evlərdən gör əhaliyə neçə kvadrat kələk gəlirlər və neçə milyonlar qazanırlar.
Fikir verin: hətta bəzi MTK sahibləri "bir az da uzağa gedərək" hər evin kvadratmetri üçün aylıq 1 manat 50 qəpik ödəniş təyin edirlər. Bu isə o deməkdir ki, 130 kvadratmetrlik 3 otaqlı mənzil sahibi ayda 200 manata yaxın "kommunal pulu" ödəməlidir. Əsalandırılması mümkün olmayan ödəniş məbləğidir. Əvvəlla, ortaya belə bir sual çıxır ki, MTK-lar bu məbləğdə ödəniş tələb edə bilərlərmi? Qanunvericilik nə deyir? Birmənalı şəkildə, MTK sahibləri "havadan götürülmüş rəqəmlərə" söykənib aylıq ödəniş tələb edə bilməzlər. Amma fakt odur tələb edirlər. Əslində isə, MTK sahibləri ayrıca, yəni sakinlərin və ya onların təmsilçilərinin razılığı olmadan sərbəst şəkildə aylıq ödəniş məbləğini müəyyənləşdirmək hüququna malik deyillər. Mənzil Məcəlləsinin 109.5-ci maddəsində qeyd edilir ki, "kooperativ binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan, həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ qanunvericilikdə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra, altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir.”

Yeni aldığın suvaqsız evini təmir etmək istəyirsənsə, “sayğacpulu” və təmir üçün tikinti materialını yuxarı mərtəbəyə qaldırmağa görə istifadə olunan kustar yük qaldırıcıya görə əlavə pul ödəməlisən. Azı 2000-3000 manat civarında! Halbuki artıq neçə ildir qaz sayğaclarının quraşdırılması dövlətin hesabına həyata keçirilir. Balaca “luqotka” deyilən yükqaldırıcı üçün 1500 manat almaq hansı dinə, hansı insanlığa sığır? Hələ ən dəhşətlisi bilirsiniz nədir? - səninlə heç bir xidmət müqaviləsi bağlamadan hər otaq başına 30-40 manat “xidməthaqqı” alırlar. Dəhşətlisi budur ki, bu “xidməthaqqı” sən evini təmir etməsən də, o evdə yaşayış olmasa da, səndən tələb olunur. Mən evimdə yaşamıram, təmir etməmişəm, HANSI “XİDMƏTHAQQI” ÖDƏYİM???? Suallar çox, cavablar hələ ki, yox..

Mətləb Salahov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 May 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri