Suraxanıda söküntü qalmaqalı: Sahibkarların tələbi nədir?
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakının Suraxanı rayonunda söküntü işləri ilə əlaqədar sahibkarlar narazılıqlarını bildirirlər. Ərazidəki qeyri-yaşayış obyektlərinin sahibləri söküntü müqabilində kompensasiya ödənilməsini və ya onlara başqa yerdə fəaliyyət göstərmək üçün şərait yaradılmasını istəyirlər.
Milli.Az xəbər verir ki, rayonda həyata keçirilən söküntü prosesi yaşayış evləri ilə yanaşı, sahibkarlıq obyektlərini də əhatə edir. Bildirilir ki, ərazidəki bəzi obyektlərin sahiblərinə tikililəri boşaltmaları barədə xəbərdarlıq olunub.
Sahibkarlar bildirirlər ki, indiyədək onlara kompensasiyanın ödənilməsi ilə bağlı konkret məlumat verilməyib. Onların sözlərinə görə, uzun illərdir fəaliyyət göstərdikləri obyektlər əsas dolanışıq mənbəyidir. Başqa əraziyə köçmək isə mövcud biznesin yenidən qurulmasını və əlavə xərcləri zəruri edir.
Obyekt sahiblərinin bir qismi maddi təzminat, digərləri isə sökülən obyektlərin əvəzinə alternativ ərazidə yeni iş yeri ilə təmin olunmağı tələb edir.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, söküntü işlərinin təşkili qurumun səlahiyyətlərinə daxil deyil. Qeyd olunub ki, proses Nazirlər Kabinetinin müvafiq qərarına əsasən həyata keçirilir.
Nazirlər Kabinetindən isə məsələ ilə bağlı araşdırmaların davam etdiyi bildirilib. Yekun qərar verildikdən sonra ictimaiyyətə əlavə məlumat təqdim olunacaq.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 06 Noyabr 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















