Icma.az
close
up
RU
Sahibkarların iştirakı ilə...

Sahibkarların iştirakı ilə...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

KOBİA-nın təşkilatçılığı ilə ictimai müzakirə keçirilib

Bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biri ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması, əlverişli biznes mühitinin yaxşılaşdırılmasıdır. Qeyri-neft sektorunun inkişafı, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindəndir.

Eyni zamanda dövlətin sahibkarlara verdiyi maliyyə dəstəyi - güzəştli kreditlərin ayrılması, investisiya təşviqi mexanizmləri, kredit zəmanəti fondlarının fəaliyyətinin genişləndirilməsi özəl sektorun daha fəal şəkildə iqtisadi proseslərə qoşulmasına şərait yaradır. Bu, həm də regionlarda yeni iş yerlərinin açılmasına, yerli istehsalın güclənməsinə və ixrac potensialının artmasına xidmət edir.

Bütün bu tədbirlər göstərir ki, ölkəmizdə aparılan iqtisadi siyasətin mərkəzində məhz sahibkarların dəstəklənməsi, biznes mühitinin müasirləşdirilməsi və innovativ iqtisadiyyatın qurulması dayanır. Bu isə Azərbaycanın yaxın illər üçün müəyyən etdiyi inkişaf hədəflərinə nail olunmasında mühüm rol oynayır.

Bugünlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə “Sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsi, biznes infrastrukturlarının müasir tələblərə uyğunlaşdırılması” mövzusunda ictimai müzakirə təşkil olunub. Tədbirdə şəhərsalma ilə bağlı görülən işlər və sahibkarlar üçün yeni biznes imkanlarına dair fikir mübadiləsi aparılıb. Müzakirədə aidiyyəti dövlət qurumlarının nümayəndələri və ticarət sahəsində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib. İctimai müzakirə şəhərsalmanın yenilənməsi çərçivəsində sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsi və biznes infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması məqsədilə keçirilib.

KOBİA yanında İctimai Şuranın sədri Emin Dostiyari şəhərsalma prosesinin sahibkarların fəaliyyətinə təsiri, bu istiqamətdə onların fikir və təkliflərinin öyrənilməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, ictimai müzakirələr qərarların hazırlanması prosesinə praktiki töhfə verir və sahibkarlığın inkişafı üçün daha uyğun mühitin formalaşdırılmasında faydalıdır. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov şəhərsalma sahəsində aparılan yeniliklər fonunda biznes infrastrukturunun müasirləşdirilməsi və sahibkarların fəaliyyət mühitinin yaxşılaşdırılmasının vacibliyini qeyd edib. Bildirilib ki, yenilənən şəhərsalma modeli sahibkarların daha funksional, təhlükəsiz və müasir ticarət məkanlarında fəaliyyət göstərməsi üçün yeni imkanlar yaradır. KOBİA bu prosesdə sahibkarlara təşkilati və məlumatlandırıcı dəstək göstərir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev şəhər nəqliyyatı və yük axınlarının tənzimlənməsi ilə bağlı aparılan yenilənmə tədbirləri barədə məlumat verib. Qeyd olunub ki, hazırda Abşeron Ticarət Mərkəzinin ərazisində fəaliyyət göstərən avtovağzalda gündəlik olaraq Salyan, Neftçala, Astara, Lənkəran, Şirvan da daxil olmaqla ümumilikdə 30-a yaxın istiqamət üzrə təxminən 115 reyslə 700-dən artıq şəxsə xidmət göstərilir.

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktor müavini Mövsüm Hüseynov paytaxtda ticarət və xidmət infrastrukturunun yenilənməsi, mövcud ticarət məkanlarının müasirləşdirilməsi zamanı biznes subyektlərinin fəaliyyəti üçün alternativ imkanların təmin olunması barədə məlumat verib.

Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) baş direktoru Emin Şirinov bildirib ki, fond iqtisadiyyatın prioritet sahələri üzrə fəaliyyət göstərən sahibkarlara müxtəlif maliyyə dəstək mexanizmləri təqdim edir. Həmçinin qeyd edib ki, fond sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsinə və rəqabətədavamlı iqtisadi mühitin formalaşmasına xidmət edən layihələri dəstəkləməyə hazırdır.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Pərvin Səfərəliyev yükdaşımaların intensivliyinin şəhər yollarında yaratdığı sıxlığın aradan qaldırılması, eləcə də nəqliyyat axınının tənzimlənməsi və sürücülərin təhlükəsiz hərəkəti üçün görülən tədbirlər barədə məlumat verib.

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin icraçı direktorunun müşaviri Məmməd Ağayev yenilənən biznes infrastrukturunda risklərin idarə edilməsi, sığortanın önəmi barədə fikirlərini bölüşüb.

Sonra Abşeron Ticarət Mərkəzinin nümayəndəsi Erhan Topkaya ticarət mərkəzinin sahibkarlıq fəaliyyəti üçün təqdim etdiyi imkanlarla bağlı təqdimatla çıxış edib, sahibkarların təklifləri dinlənilib və sualları cavablandırılıb.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.

Səlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 Dekabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri