Sahil Babayev: Sosial islahat paketi pensiyaların indeksləşdirilməsi ilə birlikdə 3 milyon insanı əhatə edəcək
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2025-ci ildə pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Ümumilikdə, bu sosial islahat paketi pensiyaların indeksləşdirilməsi ilə birlikdə 3 milyon insanı əhatə edəcək.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, ölkə başçısı tərəfindən növbəti ildə böyük sosial islahatlar həyata keçiriləcək:
“Gələn il həm minimum əməkhaqqı, həm minimum pensiyanın artırılması, eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması, pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Düşünürəm ki, dövlət büdcəsi və icmal büdcə parlamentdə təsdiq olunduqdan sonra onun parametrləri təsdiq ediləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 21 Noyabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















