Sosial islahat paketi 3 milyon insanı əhatə edəcək Nazir
Icma.az, Anews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci il sosial islahat paketi və pensiyaların indeksləşdirilməsi 3 milyon vətəndaşı əhatə edəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
"Gələn il Minimum əməkhaqqı, minimum pensiyanın artırılması, eyni zamanda sosial müavinətlər və təqaüdlər istiqamətində addımların atılması pensiyaların indeksləşdirilməsi planlaşdırılır. Ümumilikdə bu sosial islahat paketi pensiyaların indeksləşdirilməsi ilə birlikdə 3 milyondək vətəndaşı əhatə edəcək", - nazir Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Azərbaycanda növbəti il minimum əməkhaqqının 400 manat, minimum əməkhaqqının isə 280 manat olması proqnozlaşdırılır.
Gülnar Nazimqızı
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 21 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















