Icma.az
close
up
RU
Sahil Babayevdən məmurları qorxuya salan əməliyyat Yeni mərhələ başlayır?

Sahil Babayevdən məmurları qorxuya salan əməliyyat Yeni mərhələ başlayır?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycanda son illər büdcə talançılığına, rüşvət bazarına qarşı kəskin tədbirlərin görüldüyü deyilir. Dövlətin bu məsələdə güzəştsiz, sərt mövqe tutduğu haqda xəbərlər yayılır. Bildirilir ki, tender və digər əməliyyatlarda şəffaflıq maksimum dərəcədə qorunur. Məsələn, maliyyə naziri Sahil Babayevin bu işlərə ciddi nəzarət etdiyinə dair məlumatlar var. O, vəsaitlərin itkiyə getməməsi, qənaət rejimi yaratmaq üçün addımlar atır.

Paralel olaraq, uzun illər formalaşmış rüşvət və korrupsiya meyillərinin hələ də məmur davranışlarında hiss olunduğu vurğulanır. Bu anlamda yeni formalaşmış hakimiyyət komandasının nə qədər dayanıqlı olacağı, yeni kadrların şəxsi maraqlarına qalib gələ bilib-bilməyəcəyi də müzakirə olunur.

Belə bir şəraitdə dövlətin sərt mövqeyi sistemli nəticə verə biləcəkmi, yoxsa köhnə vərdişlər yenə də maneə yaradacaq?

Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, korrupsiya və sosial neqativ hallara qarşı mübarizəni subyektiv mülahizələr əsasında qurmaqla nəticə əldə etmək mümkün deyil:

“Hər hansı mübarizə fərdlərin şəxsi xüsusiyyətlərinə deyil, dövlətçilik prinsiplərinə və düzgün işləyən mexanizmlərə əsaslanmalıdır. Dövlət idarəçiliyi tam şəffaflıq və nəzarət mexanizmləri ilə işləsə, heç bir ölkədə korrupsiya üçün mühit yaranmaz. Çünki korrupsiya dövlətin “xəstəliyi” hesab olunur və o, məhz idarəetmənin qaranlıq, qeyri-şəffaf sahələrində inkişaf edir.

Düşünürəm ki, ölkədə korrupsiyaya qarşı real mübarizə aparmaq üçün öncə kadrların seçimi, onların fəaliyyətinə nəzarət və şəffaf idarəetmə təmin olunmalıdır. Vəzifəli şəxslərin gəlir və xərclərinin deklarasiyası tətbiq edilməli, onların sərvətləri üzərində təsirli nəzarət mexanizmləri qurulmalıdır. Cəmiyyətin gözü qarşısında hansısa şəxsin milyonlarla dəyəri olan villaları və avtomobilləri varsa, bu, korrupsiyanın açıq şəkildə mövcudluğunu göstərir. Çünki mövcud əməkhaqqı səviyyəsi ilə belə sərvətlərin qanuni yolla alınması mümkün deyil”.

Partiya sədri qeyd edib ki, korrupsiya ilə bağlı cinayət işlərinin çox yüngül cəza ilə nəticələnməsi problemin davam etməsinə şərait yaradır:

“Məsələn, Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) 3 milyon manat vəsaiti korrupsiya yolu ilə çıxarıb, sonradan həmin məbləği qaytarıb, lakin haqqında ciddi tədbir görülməyib. Eyni şəkildə Adnan Əhmədzadənin 5 milyard dollar məbləğində vəsaiti mənimsəməsi ilə bağlı iddialar var və hazırda həyat yoldaşının xaricdə onun mülkiyyətini idarə etməsinə imkan verilir. Həmçinin, Azərbaycan Beynəlxalq Bankında 7 milyard dolların mənimsənilməsi faktı üzrə bank rəhbəri Cahangir Hacıyev həbs olunsa da, onun həyat yoldaşı ölkəni tərk edərək İngiltərəyə gedib, orada 160 min manatlıq şərab içir. Siyasi müxalifət, müstəqil mətbuat, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları vasitəsilə belə məsələlərə nəzarət mümkündür. Təəssüf ki, Azərbaycanda sözügedən qurumların fəaliyyəti ciddi şəkildə zəiflədilib”.

Globalinfo.az xatırladır ki, son illər kadr və idarəetmədəki islahatlar müəyyən nəticələr verir. Rüşvət və korrupsiyaya görə hazırda həbsxanada xeyli sabiq məmur cəza çəkir. Sonuncu belə nümunə Balakənin icra başçısı İslam Rzayevin DTX-nın xüsusi əməliyyatı ilə saxlanması olub. Adnan Əhmədzadənin həbsi də oxşar motivlərlə bağlıdır. Azərbaycan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev də mənimsədiyi milyardlara görə 10 ildir həbsdədir. Onu da xatırladaq ki, Prezident İlham Əliyev yeni təyin etdiyi icra başçıları ilə sonuncu görüşündə onlara qəti tapşırıqlar verdi. Bildirdi ki, şəffaf işləməsələr, vətəndaşlara xidmət göstərməsələr, etimadı doğrultmasalar, qanunla ağır formada cəzalandırılacaqlar.

Əksər ekspertlər bildirir ki, Sahil Babayevin bu ilin fevral ayında Prezidentin sərəncamı ilə Maliyyə Naziri təyin edilməsi ölkədə korrupsiya ocaqlarının söndürülməsi məqsədi daşıyır. Onun əmək və əhalinin sosial müdafiə naziri olduğu dövrdə dövlətdən mənimsənilən vəsaitin qarşısını alması müəyyən ictimai narazılıq yaratmışdı, amma sonradan bu fəaliyyətin əslində bütövlükdə cəmiyyətə faydalı olduğu barədə müəyyən rəylər yarandı. Bildirilir ki, S.Babayev maliyyə naziri kimi də dövlət büdcəsini izafi xərclərdən azad edir, vəsaitlərin müxtəlif yollarla mənimsənilməsinin qarşısını alır. Bu da bəzi məmurları, eləcə də oliqarxiya şəbəkəsini narahat edir…

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see527

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see347

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see290

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see234

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see169

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see151

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see147

Polşa kritik infrastrukturun mühafizəsi üçün 10 000 hərbçi ayıracaq

19 Noyabr 2025 18:24see146

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see145

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see143

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see142

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see139

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see138

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see136

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see136

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see135

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see135

“Qoca sinyora”dan gələcək üçün böyük addım

19 Noyabr 2025 21:37see132

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri