Icma.az
close
up
RU
Şahin Bağırov Temu da yaranan çətinliklərdən DANIŞDI

Şahin Bağırov Temu da yaranan çətinliklərdən DANIŞDI

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son dövrlərdə “Temu” platforması vasitəsilə Azərbaycana daxil olan bağlamaların həcmi kəskin artıb, platforma ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Şahin Bağırov qeyd edib ki, bir anda təxminən 400 tona yaxın yük hava limanına daxil olub və bu, əvvəlcədən elektron məlumatların təqdim edilməməsi səbəbindən gömrük orqanları üçün əlavə çətinliklər yaradıb: “Daxil olan bağlamaların kimə məxsus olduğunu müəyyənləşdirmək və riskləri qiymətləndirmək üçün bütün yüklər gömrük tərəfindən öz resursları hesabına yoxlanılıb. Elektron məlumatlar verilmədən, bildirişlər olmadan birdən-birə külli miqdarda yüklər gətirildi. Biz məcbur olduq ki, onları öz resurslarımızla hesablayaq və kimə məxsus olduğunu müəyyən edək. Çünki elektron ticarət adı altında təkcə istehlak malları deyil, riskli məhsullar da daxil ola bilər. Dərmanlar, psixotrop maddələr və digər qadağan olunmuş məhsulların da daxil olma ehtimalı var. Buna görə gömrüyün əsas öhdəliyi təhlükəsizlik və nəzarəti təmin etməkdir. Sonradan məsələ operativ şəkildə tənzimləndi. "Temu" qarşısında biz məsələ qoyduq ki, siz məlumatları əvvəlcədən verin, biz sistemə daxil edəcəyik. “Temu” ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib. Hazırda platforma tərəfindən əvvəlcədən məlumatların təqdim olunması təmin edilir və risklərin idarə olunması sistemi vasitəsilə proseslər tənzimlənir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Aprel 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri