Şahin Diniyev: “Final məşqçilərin dueli olacaq”
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Rəqabətli və maraqlı dünya çempionatı izlədik. Turnir ərzində yüksək səviyyəli oyunlar keçirildi. Demək olar ki, bütün rəqiblər bir-birinə yaxın gücdə idi". Bu sözləri Sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis dünya çempionatının final oyunundan gözləntilərini bölüşüb:
"İspaniyanın Fransanı yarımfinalda mübarizədən kənarlaşdırması böyük uğur hesab oluna bilər. Argentina isə İspaniyaya nisbətən finala daha rahat gəlib çıxıb. Hər iki komanda sərgilədiyi oyunla çempionluğa layiqdir. Buna görə də proqnoz vermək çox çətindir. İspaniyanın artıq oturuşmuş oyun sistemi var və futbolçular bu sistemi uğurla icra edirlər. Maraqlıdır, Argentina buna qarşı nə təklif edəcək? Digər tərəfdən, İspaniya da rəqibin əsas lideri Lionel Messini necə zərərsizləşdirəcəyini düşünməlidir. Məncə, sabahkı final ilk növbədə məşqçilərin dueli olacaq. Hansı komanda rəqibini daha yaxşı analiz edib və oyuna düzgün hazırlaşıbsa, qalib gəlmək şansı da yüksək olacaq. Eyni zamanda, yorğunluq amilini də nəzərə almaq lazımdır. Bu səbəbdən daha ehtiyatlı və nisbətən aşağı tempdə keçəcək bir oyun gözləyirəm".
Xatırladaq ki, İspaniya - Argentina matçı iyulun 19-da, saat 23:00-da start götürəcək.
Baxış sayı:85
Bu xəbər 18 İyul 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















