Şahin Diniyev: “Ötən gün “Qarabağ” təsadüfi yox, layiqli qələbə qazandı”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Nəinki Azərbaycanın futbol ictimaiyyəti, Avropanın futbol ölkələri “Qarabağ”dan bu nəticəni gözləmirdilər”.
Bu sözləri sport24.az-a açıqlamasında Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis “Qarabağ”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” komandasını məğlub etdiyi oyunla bağlı fikirlərini bölüşüb: “Çempionlar Liqasında iki oyuna 6 xal çox möhtəşəm başlanğıcdır. “Qarabağ” bunu təsadüfən yox, öz oyunu ilə qazanıb. Dünən iki fərqli hissə izlədik. Bu, gözlənilən idi. Çempionlar Liqasında zəif rəqib yoxdur. Birinci hissə tam təmsilçimizin üstünlüyü şəraitində ilə keçən matç oldu. İkinci hissədə “Qarabağ” xarakter göstərərək, səbr və təmkinlə necə yaxşı hücum edirdisə, elə də müdafiə olunmağı bacardı. Ötən gün “Qarabağ” təsadüfi yox, layiqli qələbə qazandı. Komandamıza uğurlar arzulayıram. İnşallah, qələbələrin ardını gətirməyə davam etsinlər.”
Qeyd edək ki, II turda Bakıda Danimarkanın “Kopenhagen” kollektivini məğlub edən (2:0) “köhlən atlar” I turda Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə üstələyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 02 Oktyabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















