Şahin Diniyev: Qarabağ Kopenhagen matçı iki bərabər səviyyəli komandanın duelidir
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.
Ağdam klubu Danimarkanın “Kopenhagen” komandası ilə qarşılaşacaq.
Komandalar Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Oyunu Niderlanddan olan hakimlər idarə edəcək.
Matç saat 20:45-də başlayacaq.
"Səbail"in baş məşqçisi Şahin Diniyev Sherg.az-a bildirib ki, bu, Qarabağ üçün çox vacib oyunlardan biridir:

"Bu maçt öncəki qələbədən sonra özünü təsdiq eləmək üçün önəmlidir. "Kopenhagen" də dişimizə görə rəqibdir. Lakin Çempionlar Liqasında zəif rəqib yoxdur. "Kopenhagen" artıq əvvəlki kimi deyil, kifayət qədər güclü heyətə malik və oyunu olan bir komandadır. Sonuncu maçtda da göstərdi ki, oyunu nümayiş etdirmək bacarığı var. Hesabda geri düşsə də, yetişməyə nail oldu. Bu gün yaxşı bir oyun görəcəyik. Bol qollu bir qarşılaşma izləyəcəyik. Hər iki komanda üçün oyun çox vacibdir – həm turnir, həm də imic baxımından. "Qarabağ"ı çox çətin bir oyun gözləyir. Yəni, "Benfika" ilə oyundan da çətin olacaq. Maraqlı bir qarşılaşma izləyəcəyik. Proqnoz vermək isə çox çətindir. Hansı nəticə olacaqsa, təəccüblənməyə dəyməz. Çünki bu oyun iki bərabər səviyyəli komandanın duelidir. Ona görə üç nəticədən hansı baş versə də, təəccüblənməyə ehtiyac yoxdur. Bütün nəticələr oyunun gedişinə uyğundur".


