Icma.az
close
up
RU
Şahin İsmayılov: Azərbaycan dost ölkə olan Macarıstan ilə əməkdaşlığa böyük önəm verir

Şahin İsmayılov: Azərbaycan dost ölkə olan Macarıstan ilə əməkdaşlığa böyük önəm verir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 21 may, AZƏRTAC

Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasət kursu nəticəsində bu gün ölkəmiz beynəlxalq münasibətlər sistemindəki mövqelərini gündən-günə möhkəmləndirir. Yalnız regionunda deyil, artıq daha geniş coğrafiyada mühüm güc mərkəzlərindən birinə çevrilən Azərbaycan daim tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov söyləyib.

Şahin İsmayılov qeyd edib ki, Azərbaycan dost ölkə olan Macarıstan ilə əməkdaşlığa böyük önəm verir. Ölkələrimiz arasında 2014-cü ildə qurulan strateji tərəfdaşlıq münasibətləri 2023-cü ildə Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması ilə daha da möhkəmləndirilib.

Azərbaycanın ilə Macarıstanın müstəqil xarici siyasət yürüdən nadir ölkələrdən olduqlarını söyləyən komitə sədri deyib: “Ötən illər ərzində həyata keçirilən yüksəksəviyyəli səfərlər, aparılan müzakirələr, qəbul olunan qərarlar və onların səmərəli icrası ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafını təmin edib”.

Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə həyata keçirilən strateji əhəmiyyətli enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrildiyini söyləyən Şahin İsmayılov qeyd edib ki, ixrac coğrafiyasını daha da genişləndirən Azərbaycan bu gün 12 dövləti, o cümlədən Macarıstan da daxil olmaqla 10 Avropa ölkəsini təbii qazla təchiz edir. Eyni zamanda, Macarıstan şirkəti Azərbaycanda neft-qaz sahəsində müxtəlif layihələrin icrasında iştirak edir. Həmçinin ölkələrimiz yaşıl enerji sahəsində də birgə layihələr icra edirlər. Bu xüsusda, 2022-ci ildə imzalanmış “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” böyük əhəmiyyət kəsb edir.

“Prezident İlham Əliyev Macarıstanda mətbuata bəyanatında Azərbaycanın Vətən müharibəsindəki tarixi Zəfərinə, sülh danışıqlarına dair həqiqətləri bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Ermənistanın 30 illik işğalına 44 gün ərzində son qoyan Azərbaycan eyni zamanda sülh müqaviləsinin mətninin də müəllifidir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiasının aradan qaldırılması, ATƏT-in Minsk qrupunun ləğv edilməsi zəruridir. Ermənistan tərəfi gec-tez Azərbaycanın bu haqlı tələblərini də icra edəcək”, - deyə komitə sədri vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri