Şahin Mustafayev İrana səfər edəcək
Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İrana səfər edəcək.
Newscenter.az xəbər verir ki, məlumatı “News.mrud.ir” yayıb.
Bildirilib ki, o, İranın yollar və şəhərsalma naziri Fərzanə Sadeqi ilə görüşüb. Rəsmilər İran Astarasında birgə sərhəd layihələrinin sahə tədqiqatının aparılması barədə razılıq əldə ediblər.
Məlumata görə, görüş zamanı Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının rəhbərlərinin iki ölkə arasında iqtisadi və inzibati əməkdaşlığın inkişafı, xüsusilə sərhəd layihələri sahəsində məsələləri müzakirə edib, fikir mübadiləsi aparıblar.
Rəsmilər "Astara" sərhəd terminalının və sərhəd körpülərinin tikintisi də daxil olmaqla birgə sərhəd layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Razılaşdırılıb ki, Şahin Mustafayev yaxın zamanda birgə layihələrin həyata keçirilməsinin cari vəziyyətini ərazidə tədqiq etmək və qiymətləndirmək üçün Astara şəhərinə səfər edəcək. Səfər zamanı İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiya çərçivəsində iki ölkə arasında müxtəlif iqtisadi məsələlər nəzərdən keçiriləcək, təhlil ediləcək, həmçinin tərəflər layihələrin irəliləməsi və mümkün maneələrin aradan qaldırılması yolları barədə danışıqlar aparacaq, fikir mübadiləsi edəcəklər.(report)
Bu mövzuda digər xəbərlər:Şahin Mustafayev İrana getdi
22 Sentyabr 2025 16:52
Şahin Mustafayev İrana gedəcək
20 Yanvar 2025 14:18
Şahin Mustafayev Təbrizə səfər edib
23 Sentyabr 2025 12:16
Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”
29 Sentyabr 2026 23:24
Şahin Mustafayev Moskvaya gedir?
20 Avqust 2025 12:10
Baxış sayı:105
Bu xəbər 06 Avqust 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















