Şahin Mustafayev Təbrizə səfər edib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Azərbaycanın Baş nazirinin müavini, İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Təbrizə səfər edib.
APA xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.
Şahin Mustafayevi Şərqi Azərbaycan valisi Bəhram Sərməsti qarşılayıb.
Səfərin məqsədi iki ölkə arasında imzalanmış Anlaşma Memorandumunun icrasını izləmək və birgə nəqliyyat layihələri ilə tanış olmaqdır.
Şahin Mustafayevi İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq müşayiət edir.
Tərəflər Kəlalə–Culfa avtomobil yolu və Kəlalə–Ağbənd sərhəd körpüsünə baş çəkəcək, iqtisadi və nəqliyyat əməkdaşlığının inkişafı istiqamətində müzakirələr aparacaqlar.
Baxış sayı:107
Bu xəbər 23 Sentyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















