Icma.az
close
up
RU
Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 sentyabr, AZƏRTAC

Dahi şair Nizami Gəncəvinin yaradıcılığı Azərbaycan və Şərq mədəniyyətinin mühüm mənəvi-intellektual sərvətlərindən biri olmaqla yanaşı, ümumbəşəri dəyərləri özündə birləşdirən zəngin ədəbi-fəlsəfi irsdir. Onun əsərləri yalnız orta əsrlər ədəbiyyatının öyrənilməsi baxımından deyil, insan, cəmiyyət, ədalət, elm, mənəviyyat və hakimiyyət münasibətləri haqqında düşüncələrin araşdırılması baxımından da böyük əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi dosent Şahlar Şərifov söyləyib. Dosent bildirib ki, Nizami yaradıcılığının əsas xüsusiyyətlərindən biri onun dövrünün ictimai-siyasi və fəlsəfi düşüncəsini yüksək bədii təfəkkürlə ifadə etməsidir. Şair insanı mənəvi kamilliyə, elmə və ədalətə yönəldən ideyaları əsərlərinin əsas məzmun xəttinə çevirib. Bu baxımdan Nizami irsi müasir dövrdə də aktuallığını qoruyur. Xüsusilə gənc nəslin dünyagörüşünün formalaşması, milli-mədəni irsə münasibətinin möhkəmləndirilməsi və humanist dəyərlərin mənimsənilməsi baxımından Nizami əsərlərinin böyük tərbiyəvi və intellektual potensialı var. Dahi şairin əsərlərində elmə, biliyə, ədalətə və insanın mənəvi kamilliyinə dair fikirlər bu gün də gənc nəslin dünyagörüşünün formalaşması baxımından əhəmiyyətlidir.

Müasir təhsil mühitində Nizami irsinin öyrənilməsi yalnız əsərlərin məzmununun mənimsənilməsi ilə məhdudlaşmamalıdır. Şagird və tələbələrdə Nizaminin yaşadığı tarixi dövr, orta əsr Şərqinin ictimai-mədəni mühiti, həmin dövrün elmi və fəlsəfi düşüncəsi haqqında sistemli təsəvvür yaradılmalıdır. Bu, Nizami yaradıcılığının tarixi kontekstdə daha dərindən anlaşılmasına imkan verir.

Müsahibimiz qeyd edib ki, Nizami irsinin gənc nəslə çatdırılmasında müasir tədris metodlarından və rəqəmsal imkanlardan daha geniş istifadə olunması da mühüm əhəmiyyət daşıyır. Ədəbi mətnlərin tarixi xəritələr, elektron resurslar, vizual materiallar, interaktiv təqdimatlar və elmi-populyar məzmunla əlaqələndirilməsi gənclərin Nizami yaradıcılığına marağının artırılmasına xidmət edə bilər.

Nizami Gəncəvini yalnız ədəbi şəxsiyyət kimi deyil, yaşadığı dövrün geniş elmi, fəlsəfi və mədəni prosesləri kontekstində öyrənmək lazımdır. Onun irsinin tarix, fəlsəfə, ədəbiyyat, mədəniyyət və təhsil tədqiqatları ilə qarşılıqlı əlaqədə araşdırılması yaradıcılığının çoxşaxəli mahiyyətinin daha aydın ortaya çıxmasına imkan verir.

“Gənc nəslə Nizamini yalnız keçmişin böyük şairi kimi deyil, əsərlərində insan və cəmiyyət haqqında mühüm fikirlər ifadə etmiş böyük mütəfəkkir kimi təqdim etmək lazımdır. Çünki Nizami irsinin davamlılığı onun əsərlərində qoyulan problemlərin zaman və məkan sərhədlərini aşaraq müxtəlif nəsillər üçün düşüncə mənbəyi olaraq qalması ilə bağlıdır”, - deyə Şahlar Şərifov fikrini yekunlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Sentyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see304

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see282

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see277

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see269

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see264

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see255

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see251

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see244

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see243

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see237

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see236

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see236

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see221

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see219

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see215

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see210

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see210

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see204

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see201

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri